Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyə İrandan neft alışını dayandırıb - Azərbaycandan da alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə İrandan neft alışını dayandırıb - Azərbaycandan da alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyənin İrandan xam neft idxalı ABŞ-ın İrana qarşı sanksiyalarının açıqlandığı 2018-ci il may ayından bu yana getdikcə azalıb və Noyabr ayında tamamilə sıfırlanıb.

 

"Marja" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, EPDK göstəricilərindən toplanmış məlumatlara görə, ötən il Noyabr ayında İrandan neft alışını dayandıran Türkiyə, xam neft ehtiyacını İraq, Qazaxıstan, Rusiya Federasiyası, Küveyt, Nigeriya, Səudiyyə Ərəbistanı və Azərbaycandan qarşılayıb.
 

ABŞ-ın, keçən il may ayında İranla nüvə müqaviləsindən çıxdığını və Noyabrdan etibarən İranın neft ticarətini hədəfləyən sanksiyalar tətbiq edəcəyini açıqlaması ilə, Türkiyənin İrandan neft idxalında əhəmiyyətli azalma başlayıb.
 

Aylıq orta hesabla 1 milyon tondan olan idxal ötən ilin İyun ayında 285 min tona enib. İyulda bu miqdar yenidən 800 min tonlara yüksəlsə də mərhələli olaraq azalıb və Noyabrda sıfıra düşüb.
 

Türkiyənin İrandan neft alışı keçən ilin İyun-Noyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50,59 faiz azalaraq 2 milyon 997 min tona enib. 2017-nin İyun-Noyabr dövründə İrandan 6 milyon 66 min ton xam neft idxal edilmişdi.

 

İRAN NEFTİNİ ƏN ÇOX İRAQ NEFTİ ƏVƏZ EDİB

 

Həmin dövrdə Türkiyə İrandan azaltdığı idxalını əsasən İraq nefti ilə əvəz edib. İraqdan neft alışı keçən ilin İyun-Noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 67,85 faiz artaraq 4 milyon 671 min tona yüksəlib. Bu miqdar 2017-nin İyun-Noyabr dövründə 2 milyon 783 min ton idi.
 

Bu dövrdə neft idxalının qalan hissəsi əsasən Qazaxıstan, Rusiya, Səudiyyə Ərəbistanı və Azərbaycandan qarşılanıb.
 
 
Gələcək dövrdə Türkiyənin İrandan neft idxalını tamamilə dayandırmayacağı və aylıq orta hesabla 250 min ton kimi aşağı miqdarlarda da olsa davam edəcəyi bildirilir. 

28.01.2019 10:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ