Ən yuxarı (mobil)_30

Palata bank sektorunun göstəricilərini açıqladı - AKTİVLƏR VƏ KAPİTAL AZALIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata bank sektorunun göstəricilərini açıqladı - AKTİVLƏR VƏ KAPİTAL AZALIB

31 dekabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 502.4 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 430.6 milyon manat təşkil edib.

 

Reklam_3_11

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, sektorun balans kapitalı 4 milyard 71.8 milyon manat olub.

 

2018-ci ilin dekabr ayı ərzində bank sektorunun aktivləri 1.1% (324.8 milyon manat), öhdəlikləri 0.6% (149.2 milyon manat), balans kapitalı isə 4.1% (175.6 milyon manat) azalıb.

 

Dekabr ayında bankların kredit portfeli 3.7% (456.2 milyon manat) artaraq 12 milyard 628.3 milyon manat təşkil edib. Ümumilikdə isə 2018-ci ildə bank sektorunun kredit portfeli 11.4% (1 milyard 290.7 milyon manat) artıb.

 

Dekabr ayında fiziki şəxslərin əmanətləri 3.5% (279.8 milyon manat) artaraq 8 milyard 269.7 milyon manat təşkil edib. 2018-ci il ərzində isə fiziki şəxslərin əmanətlərində 9.6% (727.2 milyon manat) artım olub.

 

2018-ci ili bank sektoru mənfəətlə başa vurub. Banklar 694.6 milyon manat əməliyyat mənfəəti, 279.4 milyon manat məbləğində xalis mənfəət generasiya edib.

 

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 130, ATM-lərin sayı 2,502 olub. Bank sektorunun işçi heyətinin artım trendi dekabr ayında da davam edib. Belə ki, dekabrda işçi sayı  0.5% (94 nəfər) artaraq 17 415 nəfər təşkil edib. Ümumilikdə isə 2018-ci ildə bank sektorunda çalışanların sayı 7.7% (1 244 nəfər) artıb.

 

31 dekabr 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır .

28.01.2019 10:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ