Mobil manşet üstü reklam_21

İlham Əliyevdən neftin qiymətinə münasibət

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyevdən neftin qiymətinə münasibət

"60-70 dollar həm şirkətlər, həm ixracatçı ölkələr, həm də istehlakçılar üçün daha məqbuldur"


 

Əgər bütün ölkələr öz öhdəliklərinə məsuliyyətlə yanaşsalar yəqin ki, neftin qiyməti bugünkü səviyyədə qalacaq.

 

Bu sözləri Prezident İlham Əliyev “Rossiya 1” televiziya kanalına müsahibəsində deyib.

 

“Mən düşünürəm ki, hər şey OPEC+ formatında birləşən ölkələr arasında razılıqların necə yerinə yetirildiyindən asılı olacaq. Azərbaycan öz tərəfindən zəruri tədbirləri görüb, neft hasilatının azaldılması ilə bağlı öhdəliklər götürüb və biz bu öhdəlikləri icra edirik. Buna görə də düşünürəm ki, əgər bütün ölkələr bu məsələyə məsuliyyətlə yanaşsalar, onda yəqin ki, qiymət bugünkü səviyyədə qalacaq. Bu, barrelə görə 60-70 dollar deməkdir.Hərçənd bütün il üçün proqnozlaşdırmaq çox çətindir. Amma düşünürəm ki, əksər təhlilçilərin qiymətləndirməsinə görə təxminən bu səviyyə real ola bilər və həmçinin o, həm şirkətlər, həm ixracatçı ölkələr, həm də istehlakçılar üçün daha məqbuldur”, - deyə dövlətimizin başçısı qeyd edib.

28.01.2019 13:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ