Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Sahibkar hansı vergiləri verməlidir? - VI hissə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkar hansı vergiləri verməlidir? - VI hissə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - I hissə

Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - II hissə

Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - III hissə

Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - IV hissə

Həmçinin oxu: Sahibkar hansı vergiləri verməlidir? - V hissə


 

Mikro sahibkarın işçisi olduqda ondan vergini hansı qaydada tuta bilər?

 

Vergi Məcəlləsinin 101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

 

Vergiyə cəlb edilən aylıq gəlir

Verginin dərəcəsi

8000 manatadək

0 faiz

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

 

Misal. Şəxsin əmək haqqısı 8000 manatdırsa o halda 0 faiz.

 

Şəxsin əmək haqqısı  8001 manatdır. 8001-8000=1*14%=14 manat vergi tutulacaq.

 

Mikro sahibkarın işçisi olduqda ondan sosial sığorta və işsizlikdən sığorta  hansı qaydada tuta bilər?

 

Məcburi dövlət sosial sığorta haqqında qanun 14.4 maddəsinə əsasən  neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

 

Sığorta haqqına cəlb edilən aylıq gəlir

sosial sığorta haqqı dərəcəsi

cəmi

sığortaolunanın gəlirlərindən tutulan

sığortaedənin vəsaiti hesabına ödənilən

200 manatadək

25 faiz

3 faiz

22 faiz

200 manatdan çox olduqda

25 faiz

6 manat + 200 manatdan çox olan hissənin 10 faizi

44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

 

Misal: İşçinin 150 manat maaşı var. 150*3% = 4,50

İşəgötürənin hesabına. 150*22% = 33 manat

İşçinin 250 manat maaşı olduqda 250-200 = 50

6+(50*10) = 11 manat

İşəgötürənin hesabına. 44+(250-200)*15% = 51 manat 50 qəpik

Sosial sığorta haqqında qanunun 14.6.maddəsinə əsasən  məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

 

Tariflər “İşsizlikdən sığorta haqqında qanun”un 9 maddəsinə əsasən tənzimlənir.

 

İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

 

1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;

 

2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

 

Misal: İşçi 200 maaş alır. 200*0.5% = 1 manat işçinin hesabına ödəniləcək.

 

İşəgötürən hesabına 200*0.5% = 1 manat ödəniləcək.

 

İşsizlikdən sığorta haqqında qanunun 10.3 maddəyə əsasən hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə sığortaçıya ödənilir.

 

Vergi, sosial sığorta və işsizlikdən sığorta haqqında hesabatlar vaxtında təqdim olunmadıqda nə qədər cərimə nəzərdə tutulub?

 

Vergi Məcəlləsinin  57.1. Bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manatməbləğində maliyyə sanksiyası tətbiq edilir.

 

Vergi Məcəlləsinin 57.1-1.maddəsi dedikdə  mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əməkhaqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

Vergi Məcəlləsinin 16.2. maddəsinə əsasən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.

 

Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

 

Misal: Şəxsin 500 manat vergi ödəməsi var. 15-nə kimi ödəməlidir. Amma bunu ödəmir o halda, onun vaxtında ödəməsi üçün yəni hər keçən gün üçün 500*0,1% = 50 qəpik vergi tutulur.

 

Vergi Məcəlləsinin  59.2. maddəsinin və bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.

 

Vergi Məcəlləsinin 59.3 maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir.

 

Misal: Vergi ödəyicinin 300 manat artıq ödənilib. Aprel ayının 25-i artıq ödənişlə bağlı vergi orqanına ərizə ilə müraciət edib. Araşdırırıldıqda müəyyən olunur ki, həqiqətən də artıq ödəmə var. Aprel ayının 30-da köçürülməsi nəzərdə tutulur. Bu halda 5 günə düşən məbləğ geri qaytarılır. 300*0.1 = 30 qəpik * 5 = 1 manat 50 qəpik vəsait edir.

 

Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır.

 

VM 179.1.maddəsi  hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb (Vergi Məcəlləsinin 165 maddəsinə bax)  olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 günərzində qaytarılır.

 

VM 179.2. maddəsi digər vergi ödəyiciləri üçün - əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.

 

İşçiləri olan mikro sahibkar işçiləri ilə əmək müqaviləsi bağlamadıqda hansı məsuliyyət daşıyır?

 

Vergi Məcəlləsinin  58.10. maddəsinə əsasən  Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.  

 

© Marja.az üçün, iqtisadçı - ekspert Rauf Qarayev

28.01.2019 14:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ