Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Metaləritmə zavodu cərimə olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Metaləritmə zavodu cərimə olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “S.Steel” Məhdud Məsuliyyətli Cəmiyyətin paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı növbəti araşdırma və monitorinq keçiriblər.

 

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, monitorinqlər zamanı atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyənləşib.

 

Qeyd edək ki, nazirlik ötən ilin dekabrında zavod barəsində akt, protokol tərtib edib və zavoda müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli “məcburi göstəriş” verib. “Məcburi göstəriş”in tələblərini yerinə yetirmədiyi üçün zavod barəsində yenidən protokol tərtib edilib və onun hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Suraxanı Rayon Məhkəməsinə göndərilib.

28.01.2019 14:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ