Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Ələt azad iqtisadi zonası üçün 3 qanun və 1 məcəlləyə dəyişiklik edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ələt azad iqtisadi zonası üçün 3 qanun və 1 məcəlləyə dəyişiklik edildi

Prezident İlham Əliyev, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Məşğulluq haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında  Qanunu imzalayıb.


Dəyişikliyə görə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun  1-ci maddəsinin mətni 1.1-ci maddə hesab ediləcəkdir və aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilib:

Reklam_3_11


"Ələt azad iqtisadi zonasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir”.

 

Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa aşağıdakı məzmunda 2.3-cü maddə əlavə edilib:

 

"Ələt azad iqtisadi zonasında məşğulluqla bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir”.

 

Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilib:

 

“Ələt azad iqtisadi zonasında sosial sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir”.

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilib:

 

“Ələt azad iqtisadi zonasında əmək münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir”.

28.01.2019 15:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ