Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qazaxda çiyələk yetişdiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxda çiyələk yetişdiriləcək

Bu il Qazax fermerləri çiyələk yetişdirməyi də qərara almışlar. Onlardan biri Çaylı kəndinin sakini Nüsrət Aşırovdur.

 

O, söhbət zamanı dedi ki, çiyələk istehlakçıların ən çox maraq göstərdikləri giləmeyvələrdəndir. Bunu nəzərə alaraq cari ildə 4 hektar sahədə çiyələk yetişdirməyi qərara alıb. Bu məqsədlə çiyələyin yetişdirilməsi təcrübəsini öyrənmiş, kənd ərazisində məhsuldarlığı yüksək, saxlama müddəti çox olan "Albion” sortlu çiyələk şitilləri əkmişdir. Hazırda həmin şitillər sellofan altındadır və onlara aqrotexniki qaydalarla qulluq edilir.

 

N.Aşırov onu da qeyd etdi ki, çiyələk əkilən sahələrdə işlər ilboyu aparılır. Torpaq əkinə hazırlanaraq üzvi gübrə verilir. Suvarma damcı üsulu ilə aparılır. Belədə həm suya qənaət edilir, həm də su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, alaq otlarının inkişafı dayanır. Zərərvericilərə və xəstəliklərə qarşı mübarizə də vaxtında aparılmalıdır. Məhsul yığımına mart ayında başlanacaq. Bu il məhsul bol olsa, gələn il əkin sahələrini 3 hektar da artırmağı qarşısına məqsəd qoyub.

 

© "Azərbaycan"

29.01.2019 05:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ