Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AMEA YT Park və “Aqrolizinq” arasında görüş

iç səhifə xəbər başlığı altı (mobil)_31
AMEA YT Park və “Aqrolizinq” arasında  görüş

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə heyətinin sədr müavini Mehman İsmayılovla görüşüb.

 

Reklam_3_11

AMEA-dan  bildirilib ki, görüşdə YT Parkın rezidentlərinin istehsal etdiyi elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların, sənaye mineral və sürtkü yağlarının dövlət müəssisələrində satınalınması ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin iki qurum arasında müvafiq sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə layihələrin həyata keçirilməsi və kənd təsərrüfatında yeni texnologiyaların tətbiqinə dair təkliflər irəli sürülüb.

 

Bildirilib ki, “Aqrolizinq” ASC kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasının yaradılmasını, sahibkarların lizinq qaydası ilə texnika, texnoloji avadanlıq və s. ilə təmin edilməsini həyata keçirir. Onun xətti ilə gətirilən mineral gübrələr və pestisidlər hesabına kənd təsərrüfatı istehsalçılarının təminatı təkmilləşib, aqrotexniki xidmətin dairəsi genişlənib.

 

Qeyd edək ki, YT Park elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması yolu ilə strateji hədəflərə nail olmağı nəzərdə tutur.

29.01.2019 08:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ