Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bir-bir banklar Dolları ucuzlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir-bir banklar Dolları ucuzlaşdırır

Valyuta hərracında Dolların orta çəkili məzənnəsi qalxsa da, banklarda Dollar ucuzlaşır.

 

“Marja” xəbər verir ki, Dollar satan banklardan biri olan Bank Respublika da Dolların satış qiymətini 1.84 manatdan 1.79 manata endirib.

 

Qeyd edək ki, Kapital Bankın Dolların satış məzənnəsini 1.83 manatdan 1.80 manata endirməsindən sonra bir-bir banklar Dolları ucuzlaşdırır.

 

Unibank Dolların satış qiymətini 1.8150 manatdan 1.7950 manata, Bank Avrasiya 1.80 manatdan 1.79 manata, Bank BTB 1.79 manatdan 1.78 manata, GünayBank 1.7870 manatdan 1.7820 manata  və s. endirib.

 

Banklar Dolların alış və satışı üzrə dövriyyənin aşağı olduğunu bildirirlər. Dollar alan və satanların az olması ilə əlaqədar olaraq Dollar aşağı düşür.

 

Dollara təlabatın aşağı düşməsinə, əhalinin gəlirlərinin aşağı düşməsi, idxalın azalması səbəb göstərilir. Digər bir səbəb isə əməkhaqlarının ayın axırı və ya əvvəlində verilməsilə əlaqədar olaraq, çox vaxt ayın ortalarında Dollara tələbin aşağı düşməsidir.

 

Xəbər verdiyimiz kimi, 28 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1,7514 səviyyəsində formalaşmışdır. Bu gün rəsmi məzənnə 1.7475 manat səviyyəsindədir.

28.02.2017 13:01

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ