Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İntel-dən İsrailə 11 milyard dollarlıq sərmayə

iç səhifə xəbər başlığı altı (mobil)_31
İntel-dən İsrailə 11 milyard dollarlıq sərmayə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyanın ən böyük mikroçip istehsalçısı İntel-in İsraildə 11 milyard dollarlıq yeni bir istehsal təsisi (zavodlar) quracağı açıqlanıb.

 

"Marja" xəbər verir ki, İsrailin maliyyə naziri Moşe Kahlon, İntel-in İsraildə yeni bir istehsal təsisi (zavod) qurması üçün aparılan danışıqların başa çatdığını açıqlayıb.

 

Hökumətləri ilə İntel arasında 1 ildir danışıqlar aparıldığını bildirən nazir, "İntel rəhbərliyi, dünən İsrailin cənubuna minlərlə adama məşğulluq təmin edəcək sərmayəsini yatırmağa hazır olduqlarını mənə bildirdi",- ifadəsini istifadə edib.

 

Bu ana qədər İsrailə bir dəfəyə yatırılacaq ən böyük sərmayə olacağını dilə gətirilən nazir, investisiyanın məbləğinin 11 milyard dollar olacağını bildirib.

 

Ölkənin cənubundakı Kiryat Qatda qurulacaq İntel zavodunun 2 min nəfərə məşğulluq təmin etməsi gözlənilir.

 

İsrailin söz mövzusu sərmayə üçün İntelə təxminən 870 milyon dollar "hədiyyə" verəcəyi, zavodun quraşdırılmasının gələcək 5 il ərzində tamamlanmasının gözlənildiyi qeyd edilib.

29.01.2019 12:38

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ