Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"AccessBank"ın depozit portfeli 500 milyon manatı ötüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AccessBank"ın depozit portfeli 500 milyon manatı ötüb

"AccessBank" 2018-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.


2019-cu ilin yanvarın 1-nə bankın aktivləri 878,688 mln. manata çatıb ki, bu da illik 33,867 mln. manat artımdan xəbər verir. 2018-ci ilin III rübü ilə müqayisədə isə sonuncu rübdə bankın aktivləri 42,232 mln. manat artıb.


"AccessBank"ın kredit portfeli il ərzində 7,7% və ya 38,985 mln. manat, sonuncu rübdə isə 24,010 mln. manat artaraq 542,488 mln. manata çatıb.

 

Bankın depozit portfeli 101,323 mln. manat və ya 25,3% artaraq 501,138 mln. manat təşkil edib. Rüblük artım isə 37,113 mln. manat olub. Şübhəsiz ki, bu, müştərilər tərəfindən banka göstərilən yüksək etimadın göstəricisidir.


Dekabrın sonuna ani likvidlik əmsalı 79,5% təşkil edir ki, bu da normadan 2,65 dəfə çoxdur.

 

Hesabat dövründə bankın gəlirləri 27,315 mln. manat təşkil edib.


Maliyyə göstəricilərini şərh edən "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: "Əsas biznes göstəricilərinin ciddi artım nümayiş etdirməsi sübut edir ki, bankın yeni inkişaf mərhələsinə qədəm qoyması artıq öz bəhrələrini verir. Menecment bu artım dinamikasının tendensiya xarakteri alacağına əmindir. Başqa sözlə, bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən bu sahələrin inkişafında aktiv iştirak etməkdir. Bu baxımdan bankın kapitallaşması da mühüm rol oynanır. Qeyd edim ki, hazırda bu proses yekunlaşmaq üzrədir. "AccessBank" 2019-cu ilə yeni hədəflərlə daxil olub və inanıram ki, güclü komandamız və hər zaman bizə etimad göstərən müştərilərimiz sayəsində hər bir hədəfə nail olacağıq".

29.01.2019 14:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ