Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

9 sığorta şirkətinin ödənişləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
9 sığorta şirkətinin ödənişləri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 9-nun ödənişləri illik müqayisədə artıb, 12-nin ödənişləri azalıb.

 

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

 

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Qala Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 1,963 milyon  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4,6 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “PAŞA Sığorta"dır. Bu şirkətin ödənişləri ötən il 49,52 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 14% çoxdur.

 

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta" ASC-dədir. Bu şirkət il ərzində 8,064 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,4% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 73,3% azalaraq 14,72 milyon manata düşüb. 

 

 9 sığorta şirkətinin ödənişləri artıb

 

2018-ci ilin yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 14-nün yığımları illik müqayisədə artıb, 7-nin yığımları azalıb.

 

Hesabata əsasən, ötən il yığımları ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 744 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 34,5 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "Standard Insurance" Sığorta Şirkəti ASC-dir. Bu şirkətin daxilolmaları ötən il 12,931 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,7% çoxdur.

 

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "Günay Sığorta" ASC-dədir. Bu şirkət il ərzində 5,837 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 38,6% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "İpək Yolu Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 3,8% azalaraq 17,003 milyon manata düşüb. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Renkinq

30.01.2019 06:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ