Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gömrük tərəfindən 242 min manatlıq mallar müsadirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük tərəfindən 242 min manatlıq mallar müsadirə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"2018-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən aşkar olunmuş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs (o cümlədən 138 xarici hüquqi şəxs) və 8608 fiziki şəxs (o cümlədən 4036 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 881 min 959 manat cərimə tətbiq olunmaqla, dəyəri 242 min 55 manat olan mallar müsadirə edilib".

 

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Xalq qəzeti"ndə dərc olunan məqaləsində deyib.

 

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1189549 ABŞ dolları, 310207 avro, 15162 funt sterlinq, 34.865.955 rus rublu, 209998 Azərbaycan manatı, 9977 manat dəyərində 8792 qram gümüş, 1246730 manat dəyərində 2945,223 karat qiymətli daşlar, 8400 manat dəyərində 120,07 qram qızıl, 64 ədəd qızıl sikkə, 341983 manat dəyərində 1802 ədəd qızıl zinət əşyaları aşkar olunub", - deyə S.Mehdiyev əlavə edib.

 

"9,5 milyon manatlıq qaçaqmalçılıq əşyaları aşkar edilib"

 

Səfər Mehdiyev əlavə edib ki, 2018-ci ildə gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9672 hüquqpozma faktı aşkar edilib".

 
DGK sədri bu faktlardan 747-sinin cinayət xarakterli faktlar olduğunu bildirib:

 

"Həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 9 milyon 450 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 797 nəfər (592 Azərbaycan vətəndaşı, 205 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb".

30.01.2019 06:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ