Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Kontakt Home” barəsində yayılmış xəbərin təkzibi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kontakt Home” barəsində yayılmış xəbərin təkzibi!

08 dekabr 2018-ci il tarixdə Marja.az portalında “Azərbaycanda 128 faizlə kredit verilir - DİQQƏT! SOYĞUNÇULUQ!” başlığı altında xəbər yayımlanmışdır.

 

Reklam_3_11

“Kontakt Home” mağazalar şəbəkəsinin sahibi “ABC Telecom” MMC bildirir ki, sözügedən xəbərdə qeyd olunan məlumatlar və hesablamalar həqiqəti əks etdirmir:

 

“Xəbərdə “Kontakt Home” mağazalarında kreditlə və yüksək faizlə məhsulların satılması qeyd edilib. Bu iddia xəbəri hazırlayan tərəfindən dəqiqləşdirilməmişdir. Belə ki, “ABC Telecom” MMC-yə məxsus “Kontakt Home” adı altında fəaliyyət göstərən mağazalarda məhsullar nağd və hissə-hissə ödəniş edilməsi şərti ilə (nisyə) alıcılara təklif edilir. Məhsulun nisyə satış qiyməti nağd satış qiymətindən fərqli ola bilər. Tərəfimizdən həyata keçirilmiş ətraflı araşdırma zamanı xəbərdə göstərilən rəqəmlərin reallığı əks etdirmədiyi, 128%-lə kreditin verilməsi məlumatının həqiqətə uyğun olmadığı müəyyən edilmişdir".


 

“Marja” Biznes və Maliyyə Xəbərləri Agentliyinin açıqlaması:

 

“Azərbaycanda 128 faizlə kredit verilir - DİQQƏT! SOYĞUNÇULUQ!” başlıqlı məqalə hazırlanan zaman jurnalist tərəfindən daha da dərindən araşdırma aparıla, “ABC Telecom” MMC-nin, rəsmi qurumların, ekspertlərin və alıcıların mövqeləri öyrənilə bilərdi. Bunları nəzərə alaraq, “Marja” Biznes və Maliyyə Xəbərləri Agentliyinin rəhbərliyi, “Kontakt Home” mağazalar şəbəkəsi haqqında yaydığımız 08 dekabr 2018-ci il tarixli məqalə çaşqınlıq yartdığına və şirkətin işgüzar nüfuzuna mənfi təsir edə biləcəyinə görə, “ABC-Telecom” MMC-dən rəsmi qaydada üzr istəyir.

30.01.2019 08:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ