Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bank Milli KSM Mükafatına layiq görüldü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank Milli KSM Mükafatına layiq görüldü

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ilk dəfə olaraq keçirilmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin qaliblərindən olub.

 

Bank ana dilimizdə elektron resursların yaradılmasına və fiziki məhdudiyyətli gənclərimizin cəmiyyətə fəal inteqrasiyasına dəstək məqsədilə onların iştirakı ilə reallaşdırdığı www.kitabidinle.az layihəsinə görə Milli KSM Mükafatı qazanıb. Bu layihə “Təhsildə inklüzivliyin təmin edilməsi üzrə ilin layihəsi” seçilib. Yanvarın 29-da Bakı Konqres Mərkəzində keçirilən təqdimetmə mərasimində Milli KSM Mükafatı Azərbaycan Beynəlxalq Bankına təqdim olunub.

 

Qeyd edək ki, KSM layihələri üzrə ümumrespublika müsabiqəsi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, PROAKTİV PR şirkətinin, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin, eləcə də bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə keçirilib. Müsabiqənin məqsədi ölkəmizdəki biznes subyektlərinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına nail olmaq, bu sahədə motivasiya yaratmaqdır. Müsabiqəyə ölkənin ayrı-ayrı aparıcı biznes qurumları öz KSM layihələrini təqdim ediblər. Layihələr bir sıra dövlət qurumlarının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən anonim olaraq qiymətləndirilib və ilin layihələri seçilib.

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib: “Azərbaycan Beynəlxalq Bankı KSM layihələrinə hər zaman böyük önəm verir. Ötən il həyata keçirdiyimiz layihələrdən birinin Milli KSM Mükafatına layiq görülməsi bizim üçün çox böyük uğurdur. Biz bu mükafatı ilin layihəsi seçilmiş “Kitabı dinlə” layihəsinə iştirakları ilə dəyər qatan gənclərimizlə birgə qazanmışıq. Onları da bu münasibətlə təbrik edirik. Bu cür faydalı layihələrimiz gələcəkdə də davam etdiriləcək”.

30.01.2019 09:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ