AZAL İstanbula aviabiletin qiymətlərini endirdi

 “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-İstanbul-Bakı istiqaməti üzrə aviareyslərdə yeni aksiya barədə elan edir.

           

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, 2019-cu il 25 fevral tarixinə kimi qeyd olunan istiqamət üzrə reyslərə aviabilet aldıqda qiymət 169 avro, əks istiqamətdə (İstanbul-Bakı-İstanbul) isə 189 dollar təşkil edəcək. Aksiya çərçivəsində uçuş tarixləri: 2019-cu il fevralın 1-dən 28-ə kimi. Qeyd edək ki, endirimli qiymətlərə aviabiletlərin sayı məhduddur.

 

Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi 1 yer), əl yükünün (10 kq-a kimi, 55*40*23 sm ölçülərdə) pulsuz daşınması və təyyarədə isti yemək daxildir.

 

Endirimli aviabiletləri uçuşa ən azı 72 saat qalmış AZAL-ın kassalarında, habelə www.azal.az saytında və aviaşirkətin rəsmi agentliklərində əldə etmək olar.

30 Yanvar 2019 , 15:19   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin