Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Vergi Məcəlləsindəki son dəyişikliklərlə bağlı onlayn təlim keçiriləcək - Sahibkarların nəzərinə!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi Məcəlləsindəki son dəyişikliklərlə bağlı onlayn təlim keçiriləcək - Sahibkarların nəzərinə!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə 31 yanvar 2019-cu il tarixində saat 11.00-da mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı onlayn təlim keçiriləcək.

 

Təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (komyuter və mobil telefon) istifadə etməklə qoşulmaq mümkündür:

 

- Kompyuter vasitəsilə: https://zoom.us/client/latest/ZoomInstaller.exe linkinə daxil olmaq və 366599138 parolunu qeyd etməklə;

 

- iPhone vasitəsilə “App Store”dan “Zoom Cloud Meetings” tətbiqini yükləməklə;

 

- Android vasitəsilə “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

 

Regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar təlimə istənilən yerdən birbaşa qoşulmaqla yanaşı, Agentliyin Masallı (Masallı Sənaye Məhəlləsi), Quba (Heydər Əliyev Mərkəzi), Qusar (Gənclər Evi), Xaçmaz (Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi), Siyəzən (Gənclər Evi), Gəncə (Gənclər Evi) və Yevlax (Aran Regional İnkişaf Mərkəzi) rayonlarında olan “KOB Dostu” mərkəzlərinə gəlməklə də təlimdə iştirak edə bilərlər.

 

Təlimə qoşulmaqla bağlı istənilən məsələ ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərsiniz ((055) 525-30-30, Adil Əhmədov).

30.01.2019 12:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ