Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Nar”-ın “Qutu” təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nar”-ın “Qutu” təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”-ın abunəçilər üçün ev və mobil xidmətlərini bir yerdə təqdim etdiyi “Qutu” istifadəçilərinin sayı sürətlə artmaqdadır. Belə ki, 1 il ərzində “Qutu” istifadəçilərinin sayı 2 dəfə çoxalıb.

 

Reklam_3_11

Artıma səbəb yüksəkkeyfiyyətli xidmət, sərfəli qiymət və təklif, əhatə dairəsinin geniş olması, eyni zamanda müştərilərlə mütəmadi ünsiyyətin qurulmasıdır.

 

Qeyd edək ki, “Qutu” ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edir və mobil internet xidmətlərini birləşdirir. “Qutu” təklifinə qoşulanlar yalnız innovativ xidmətlərdən yararlanmır, eyni zamanada xərclərinə və vaxtına qənaət edə bilirlər. Bundan başqa, istifadəçilər rabitə xərclərini 50%-dək azaldırlar.  

 

“Qutu” təklifi abunəçilərin istək və tələblərini nəzərə alaraq 5 müxtəlif  paketdən ibarətdir. “Nar” müştərilərə 50-si HD olmaqla 240-dan çox telekanal izləmək, fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, ölkədaxili danışıq dəqiqələri, mobil internet və SMS bonusları təqdim edir. “Qutu” istifadəçiləri qeyd edilən bütün xidmətlər üçün yalnız bir operatora ödəniş edirlər. Bundan başqa, “Qutu” təklifinə qoşularaq, öncədən ödəniş etmək istəyənlər rəqəmsal TV və internet xidməti üçün lazım olan TV-tüner və Wi-Fi ruterini pulsuz əldə edə bilir.

 

Qeyd edək ki, “Qutu” Azərbaycanın rabitə bazarında fiber-optik internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir. “Qutu” təklifi “Nar” və “CityNet” provayderi tərəfindən təqdim olunur. Təkliflərdən yararlanmaq, əhatə dairəsi haqqında məlumat almaq və onlayn sifariş üçün qutu.nar.az saytına daxil olmaq yetərlidir. Müştərilər “Qutu” xidmətinin özəl müştəri xidmətlərindən də yararlana bilirlər. Müştəri xidmətləri ilə əlaqə saxlamaq üçün “Nar” nömrələrindən 771, stasionar telefonlardan isə (012) 444 07 71 nömrəsinə zəng etmək kifayətdir.

30.01.2019 13:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ