Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“FINCA Azerbaijan” çətin dövrdən sonra yeni filialını açdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“FINCA Azerbaijan”  çətin dövrdən sonra yeni filialını açdı

“FINCA Azerbaijan”  filial şəbəkəsinin  genişləndirilməsi planları çərçivəsində Ağsu rayonunda yeni ofisinin açılışını edib. 

 

Reklam_3_11

Təşkilatdan "Marja"ya daxil olmuş məlumata görə, açılış tədbirində “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant, “FINCA Impact Fınance”  qlobal şəbəkəsinin prezidenti və direktoru Andrée Simon və  bu şəbəkənin idarə heyətinin üzvləri iştirak edib.  

 

“FINCA Azerbaijan”ın yeni filialı təşkilatın Ağsu və ona yaxın ərazilərdəki rayonlardan olan müştərilərinə, xüsusilə kənd yerlərindən olan insanlara məsuliyyətli maliyyə xidmətləri göstərməsinə imkan verəcək.

 

"Üç illik çətin bir dövrü geridə qoyan "FINCA hazırda" əsasən kənd yerlərindən olan kiçik sahibkarlara maliyyə xidmətləri göstərmək üçün fəaliyyətini bu istiqamətdə genişləndirmək niyyətindədir.

 

20 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərən FINCA bu müddət ərzində bir milyondan çox müştəriyə 1.2 milyard dollar həcmində mikro və kiçik sahibkarlıq kreditləri ayırmışdır. Bu, Azərbaycandakı mikromaliyyə sektorunda ümumilikdə milyondan çox ailənin öz bizneslərini inkişaf etdirməsinə, maliyyə imkanlarını genişləndirməsinə və ailə gəlirlərini artırmasına yardım etmişdir. Bu kreditlər kənd təsərrüfatı sektorunda yüz minlərlə yeni iş yerlərinin yaranmasına və dayanıqlı olmasına köməklik göstərmişdir",- təşkilaıtın məlumatında deyilir.

 

“FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” isə ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir. Əlavə məlumat üçün www.finca.az saytını ziyarət edə bilərsiniz.

30.01.2019 14:03

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ