Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hərracda banklara satılan Dolların məbləği məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hərracda banklara satılan Dolların məbləği məlum oldu

Bu gün, fevralın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında satışa təklif olunan 35 milyon ABŞ dolları vəsaitinə tələbat 34,12 milyon dollar və ya 97,5% təşkil edib. 

 

Reklam_3_11

Xəbər verdiyimiz kimi, 28 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1,7514 səviyyəsində formalaşmışdır.

 

Qeyd edək ki, bugünkü hərracda dolların məzənnəsi artsa da, kommersiya bankları nağd valyutanın satış qiymətini azaltmağa davam edir. Belə anlaşılır ki, bir müddət sonra AMB-nin rəsmi məzənnəsi ilə bankların satış qiyməti bir-birinə maksimal dərəcədə yaxınlaşacaq. Bu da onu göstərir ki, AMB müxtəlif maliyyə alətlərindən istifadə etməklə valyuta spekulyasiyalarının qarşısını almaq və sabit məzənnə rejiminə nail olmaq niyyətindədir. 

 

 Dollara tələbatın bu ilin sonuna qədər sabit qalmaqda  davam edəcəyi gözlənilir. Buna səbəb fiskal xərclərin azaldılması və AMB-nin manat kütləsini sterilizasiyası etməsi (dövriyyədən çıxardılması) amilləri göstərilir.

 

2018-ci ildə isə dünya bazarında neftin qiymətinin dəyişməsindən asılı olaraq məzənnədə dəyişiklik baş verə bilər. Mərkəzi Bankın qarşısında duran əsas vəzifə iqtisadi artıma nail olmaqdır ki, bu da cari vəziyyətdə bir qədər çətin görünür. "Belə ki, iqtisadi artımın sürətlənməsi bilavasitə bank sektorunun kreditləşməni bərpa etməsi ilə əlaqəlidir. Kreditləşmənin bərpası isə öz növbəsində manatın məzənnəsinin sabitliyinə bağlıdır. Görünən odur ki, olkədə manatın məzənnəsinin sabitləşməsi məqsədi ilə inzibati təsir tədbirlərinə üstünlük verilir və sterilizasiyanın miqyasının genişləndirilməsi də bunu təsdiq edir".

 

Dolların məzənnəsinin sabitləşməsi fonunda  investorlara gəlirliliyi artırmaq məqsədi ilə sərbəst aktivlərini qısamüddətli manat depozitlərinə keçirilməsi məsləhət görülür.

 

© Report

 

28.02.2017 14:21

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ