Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan istehsalı şəhər və park mebelləri Qətərdə satılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan istehsalı şəhər və park mebelləri Qətərdə satılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın Qətərə ixrac missiyası başa çatıb. 

 

Reklam_3_11

25-27 fevral tarixlərini əhatə edən ixrac missiyası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Qətərin Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan və Qətər iş adamları arasında görüş keçirilib.

 

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə məlumat verib. 100-ə yaxın ərəb iş adamının, eləcə də distributor şirkətlərin iştirakı ilə keçirilmiş ikitərəfli görüşlərdə Azərbaycan və ərəb iş adamları arasında əlaqələrin genişləndirilməsi, Qətərə ixrac imkanlarına dair müzakirələr aparılıb, şirkətlərimiz istehsal etdikləri ixracyönümlü məhsullar barədə məlumat veriblər.

 

Tədbir çərçivəsində Azərbaycanın “İDEA” MMC ilə Qətərin “Scandinavian Supplies” şirkəti arasında “Made in Azerbaijan” brendi altında şəhər və park mebelinin Qətərdə təşviqi və satışına dair Müqavilə imzalanıb. 10 ildən çoxdur fəaliyyət göstərən IDEA açıq havada metal və ya taxtadan kiçik memari formaları, bağ mebeli, urban dizayn elementlərini istehsal edir.  Şirkətin Novxanıda sərgi salonu yerləşir.

 

İxrac missiyası zamanı həmçinin, Azərbaycan şirkətlərinin Qətər İnvestisiya Təşkilatında görüşü təşkil olunub, iş adamlarımız “Carrefour”  marketlər şəbəkəsində və yerli bazarlarda olublar.

 

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş ixrac missiyasına ölkəmizdə meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, qənnadı məmulatları, çay, süd və süd məhsulları, kosmetologiya, kimya məhsulları istehsalı və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxil idi və səfərin xərcləri dövlət tərəfindən qarşılanıb.

28.02.2017 14:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ