Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın bank sektoru son 2 ildə - İCMAL

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın bank sektoru son 2 ildə - İCMAL
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-2018-ci illərdə Azərbaycanın bank sektorunun aktivləri 6,2% azalaraq bu il yanvarın 1-nə 29 502,4 mln. manat təşkil edib.

 

Reklam_3_11

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının sektordakı vəziyyət barədə son 2 il ərzində açıqladığı məlumatlarda bildirilir.

 

Hesabat dövründə bankların müştərilərə verdikləri xalis kreditlər də 21,7% azalaraq 11 149,3 mln. manata düşüb. Əvəzində kredit təşkilatlarının qiymətli kağızlara investisiyaları 8,65 dəfə artıraraq 3 586,5 mln. manata çatıb.

 

Son 2 ildə sektora məxsus nağd vəsaitlər 26,1% artaraq 1 363,8 mln. manat, Azərbaycan Mərkəzi Bankının (AMB) müxbir hesablarındakı vəsaitlər 27,2% azalaraq 2 332,6 mln manat, başqa bankların müxbir hesablarındakı vəsaitlər 32,1% artaraq 1 958,6 mln. manat, maliyyə institutlarındakı depozitlər 15,2% azalaraq 6 484,8 mln. manat, maliyyə institutlarına verilən xalis kreditlər 69,85% azalaraq 235,2 mln. manat, əsas vəsaitlər 18,6% artaraq 953,3 mln. manat, qeyri-maddi aktivlər 32,85% artaraq 145,6 mln. manat, digər aktivlər isə 22,7% azalaraq 1 292,7 mln. manat olub.

 

2019-cu il yanvarın 1-nə, müştərilərə verilmiş xalis kreditlər bank sektorunun aktivlərindəki payı 37,8% təşkil edib. Bu rəqəm 2017-ci il yanvarın 1-nə, 45,3% olub. Hesabat dövründə qiymətli kağızlara investisiyaların xüsusi çəkisi 1,3%-dən 12,2%-ə, nağd vəsaitlərin xüsusi çəkisi 3,4%-dən 4,6%-ə, AMB-nin müxbir hesablarındakı vəsaitlərin xüsusi çəkisi 10,2%-dən 7,9%-ə, başqa bankların müxbir hesablarındakı vəsaitlərin xüsusi çəkisi 4,7%-dən 6,6%-ə, maliyyə institutlarındakı depozitlərin xüsusi çəkisi 24,3%-dən 22%-ə, maliyyə institutlarına verilən xalis kreditlərin xüsusi çəkisi 2,5%-dən 0,8%-ə, əsas vəsaitlərin xüsusi çəkisi 2,6%-dən 3,2%-ə, qeyri-maddi aktivlərin xüsusi çəkisi 0,3%-dən 0,5%-ə, digər aktivlərin xüsusi çəkisi isə 5,3%-dən 4,4%-ə dəyişib.

 

2018-ci ilin sonuna bank sektorunun öhdəlikləri 25 430,6 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin sonu ilə müqayisədə 13,9% azdır. Son 2 ildə bankların müştərilərdən cəlb etdikləri depozitlər 13,2% artaraq 18 581,2 mln. manata çatıb. O cümlədən fiziki şəxslərin depozitləri 11,3% artaraq 8 269,7 mln. manat, hüquqi şəxslərin depozitləri isə 14,85% artaraq 10 311,5 mln. manat olub.

 

2017-2018-ci illərdə bank sektorunun AMB qarşısındakı öhdəlikləri 77,3% azalaraq 384,7 mln. manata, loro hesablardakı vəsaitləri 69,5% azalaraq 191,1 mln. manata, maliyyə institutlarından cəlb etdiyi depozitlər 75% azalaraq 1 126,2 mln. manata, digər banklardan aldığı kreditlər 94,9% azalaraq 87,5 mln. manata, digər maliyyə institutlarından aldığı kreditlər 11% azalaraq 2 008,3 mln. manarta, digər passivləri 36,9% azalaraq 1 221,8 mln. manata düşüb, qiymətli kağız buraxmaqla cəlb etdiyi vəsaitlər isə 4,7 dəfə artaraq 1 829,8 mln. manata yüksəlib.

 

2019-cu il yanvarın 1-nə bankların depozit portfelinin onların öhdəliklərindəki payı 73,1% təşkil edib. Bu rəqəm 2017-ci il yanvarın 1-nə 55,6% olub. Hesabat dövründə AMB qarşısında öhdəliklərin xüsusi çəkisi 5,7%-dən 1,5%-ə, loro hesablardakı vəsaitlərin xüsusi çəkisi 2,1%-dən 0,75%-ə, maliyyə institutlarından cəlb edilmiş depozitlərin xüsusi çəkisi 15,3%-dən 4,4%-ə, banklardan alınmış kreditlərin xüsusi çəkisi 5,8%-dən 0,35%-ə, digər maliyyə institutlarından alınmış kreditlərin xüsusi çəkisi 7,65%-dən 7,9%-ə, qiymətli kağız buraxmaqla cəlb edilmiş vəsaitlərin xüsusi çəkisi 1,3%-dən 7,2%-ə, digər passivlərin xüsusi çəkisi isə 6,55%-dən 4,8%-ə dəyişib.

 

Son 2 ildə bank sektorunun cəmi kapitalı isə 2,1 dəfə artaraq 4 071,8 mln. manat təşkil edib. Bunun 3 793,1 mln. manatı xüsusi kapital, 278,7 mln. manatı isə ümumi ehtiyatlardır. 2017-2018-ci illərdə xüsusi kapitalda 2,3 dəfə, ümumi ehtiyatlarda isə 11,35% artım olub.

Hesabat dövründə bankların aktivlərinin formalaşmasında öhdəliklərin rolu 93,9%-dən 86,2%-ə düşüb, əvəzində kapitalın rolu isə 6,1%-dən 13,8%-ə çatıb.

 

Son 2 ildə banklar 1 163 mln. manat xalis mənfəət əldə ediblər. Bunun 883,6 mln. manatı 2017-ci ildə, 279,4 mln. manat isə 2018-ci ildə əldə olunub.

 

Hesabat dövründə bankların faiz gəlirləri 3 528,2 mln. manat (müvafiq olaraq 1 775,2 mln. manat və 1 753 mln. manat), faiz xərcləri 1 406,8 mln. manat (müvafiq olaraq 824,9 mln. manat və 581,9 mln. manat), qeyri-faiz gəlirləri 1 487,6 mln. manat (müvafiq olaraq 938,5 mln. manat və 549,1 mln. manat), qeyri-faiz xərcləri isə 2 006,2 mln. manat (müvafiq olaraq 980,6 mln. manat və 1 025,6 mln. manat) təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 1 602,8 mln. manat (müvafiq olaraq 908,2 mln. manat və 694,6 mln. manat) olub.

 

Banklar 2017-ci ildə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi xüsusi xüsusi ehtiyatların yaradılmasına 26,5 mln. manat qənaət edib, 2018-ci ildə isə 345,4 mln. manat ehtiyat yaradıblar. Son nəticədə cəmi xüsusi ehtiyatlara ayırmalar 318,9 mln. manat təşkil edib.

 

Sektorun digər gəlirləri 2017-ci ildə 4,1 mln. manat, 2018-ci ildə 2,5 mln. manat (ümumilikdə 6,6 mln. manat), mənfəət vergisi ödəmələri isə 2017-ci ildə 55,2 mln. manat, 2018-ci ildə 72,3 mln. manat (ümumilikdə 127,5 mln. manat) olub.

 

Onu da qeyd edək ki, son 2 ildə bankların verdikləri kreditlərdən faiz gəlirləri 2 507,2 mln. manat (2017-ci ildə 1 282,7 mln. manat, 2018-ci ildə 1 224,5 mln. manat), cəld etdikləri depozitlərə görə faiz xərcləri isə 751,2 mln. manat (2017-ci ildə 373,4 mln. manat, 2018-ci ildə 377,8 mln. manat) təşkil edib.

 

Hesabat dövründə Azərbaycanda bankların sayı 32-dən 30-a düşüb. Buna səbəb 2017-ci ildə 2 özəl bankın bazarı tərk etməsidir. Bunlardan biri “Caspian Development Bank” ASC-dir ki, könüllü şəkildə “Atabank” ASC-yə birləşmişdi. Digər bank isə lisenziyası ləğv edilmiş “Dəmir Bank” ASC-dir.

 

2017-2018-ci illərdə Azərbaycanda bank filiallarının sayı 569-dan 508-ə, bank şöbələrinin sayı isə 131-dən 130-a düşüb. 2017-ci ildə 60, 2018-ci ildə isə 1 bank filialı bağlanıb. 2017-ci ildə banklar 11 şöbə açsa da, 2018-ci ildə 12 şöbə bağlayıblar.

 

Hesabat dövründə ölkədə bankomatların sayı 2 461-dən 2 502-yə çatıb. 2017-ci ildə 30 bankomat ləğv edilsə də, 2018-ci ildə 71 bankomat quraşdırılıb.

 

Son 2 ildə banklarda çalışanların sayı isə 16 947-dən 17 452-yə yüksəlib. 2017-ci ildə bank işçilərinin sayı 776 nəfər azalıb, 2018-ci ildə isə 1 281 nəfər artıb. 

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

31.01.2019 11:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ