Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ən böyük zərərdə olan Bank məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən böyük zərərdə olan Bank məlum oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“VTB Bank (Azərbaycan)” 2018-ci ili 250 milyon 478 min manat xalis zərər ilə başa vurub.  Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ili 4 milyon 753 min manat xalis mənfəətlə bağlamışdı.

 

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “VTB Bank (Azərbaycan)”ın faiz gəlirləri 7 milyon 806 min manat, faiz xərcləri isə 8 milyon 614 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 809 min manat xalis faiz zərəri yaranıb.

 

“VTB Bank (Azərbaycan)” qeyri-faiz əməliyyatlarında da zərər edib. Bankın qeyri-faiz zərəri 5 milyon 524 min manat təşkil edib. Ötən il bir manat da olsun xalis qazancı olmayan Bank, üstəlik 24 milyon 577 min manat inzibati və digər xərclər çəkib. Nəticədə“VTB Bank (Azərbaycan)”nın 30 milyon 910 min manat əməliyyat zərəri yaranıb. Ötən ilin əməliyyat zərəri 2017-ci illə müqayisədə cüzi azdır.

 

Ziyan əməliyyat zərəri ilə yekunlaşmır. Ötən il ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata 218 milyon 800 min manat ayrıldığından Bankın zərəri 250 milyon 478 min manata qalxıb.

 

“VTB Bank (Azərbaycan)” nə müştərilərə verilmiş kreditlərdən, nə də digər bank xidmətlərindən qazanc götürə bilmir.

 

Qeyd edək ki, “VTB Bank (Azərbaycan)” 2018-ci il üzrə ən böyük zərəri açıqlayan bankdır.

 

2017-ci ildə VTB Bank Azərbaycan-ın cəmi faiz və qeyri-faiz gəlirləri 22 milyon 248 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 54 milyon 800  min manat təşkil etmişdi. Nəticədə Bankın 32 milyon 552 min manat əməliyyat zərəri yaranmışdı. Lakin Bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 39 milyon 919 min manatı azad olduğundan və mənfəətə əlavə edildiyindən əməliyyat zərəri bağlanmış, 7 milyon 367 min manat mənfəət də yaranmışdı. Bu mənfəətdən də 2 milyon 614 min manat mənfəət vergisi ödənilmişdi. Nəticədə Bank həmin ili 4 milyon 753 min manat xalis mənfəət ilə başa vurmuşdu.

 

BANK 3 DƏFƏYƏ YAXIN KİÇİLİB

 

31 Dekabr 2018-ci il tarixində “VTB Bank (Azərbaycan)” 135 milyon 308 milyon manat aktivlərə malik olub. Aktivlərin 49 milyon 407 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 31 Dekabr 2017-ci il tarixində Bank 397 milyon 211 min manat cəmi aktivlərə malik idi və aktivlərin 281 milyon 176 min manatı müştərilərə verilmiş kreditlərin payına düşmüşdü. 2017-ci illə müqayisədə 2018-ci ildə “VTB Bank (Azərbaycan)”ın aktivləri 3 dəfəyə yaxın azalıb.

 

İllik müqayisədə Bankın depozit portfeli 47 milyon 94 min manatdan 58 milyon 723 min manata yüksəlib.

 

Ötən il “VTB Bank (Azərbaycan) Mərkəzi Bankdan cəlb etdiyi 30 milyon manatı, banklar və digər maliyyə  institutlarından cəlb edilmiş 131 milyon 267 min manat kreditin 121 milyon 698 min manatını qaytarıb.

 

31 Dekabr 2018-ci il tarixində VTB Bank (Azərbaycan) 53 milyon 191 min manat məcmu kapitala malik olub.

 

Mənfəət və zərər haqda hesabat

IV rub 2018

 

İlin əvvəlindən hesabat tarixinə qədər

Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi

7 805,70  

Faizlər və onlara bağlı xərclər, cəmi

8 614,65  

Xalis faiz mənfəəti (zərəri)

- 808,95  

Qeyri-faiz gəlirləri, cəmi

- 5 524,44  

Qeyri-faiz xərcləri, cəmi

24 577,12  

Xalis əməliyyat mənfəəti (zərəri)

- 30 910,51  

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)

218 800,00  

Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər)

- 249 710,52  

Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi

-767,64  

Vergilər ödənilənədək xalis mənfəət (zərər)

-  250 478,16  

Mənfəətdən ödənilən vergilər

 

Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər)

- 250 478,16  

 

AKTİVLƏR

 

 

IV RUB      2018

Nağd vəsaitlər

       7 014,52  

Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar)

15 239,24  

 Banklara verilmiş kreditlər

                  -    

Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi

 23 123,19  

Qiymətli kağızlara investisiyalar

29 629,32  

Digər maliyyə institutlarına xalis kreditlər

 400,00  

Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla)

49 401,97  

Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər

 715,87  

Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi

1 278,00  

Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər

1 778,58  

Digər aktivlər

 6 726,40  

CƏMİ AKTİVLƏR

135 307,09  

ÖHDƏLİKLƏR

 

Depozitlər

58 723,68  

AMB-nın banka qarşı tələbləri, cəmi

                  -    

Digər bankların tələbləri (“Loro" hesabları), cəmi

 608,55  

Banklar və digər maliyyə institutlarının kreditləri

9 569,90  

Bankların depozitləri

 85,75  

Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi

 8 955,03  

Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri

 

Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla)

 

 Digər passivlər

2 394,31  

CƏMİ ÖHDƏLİKLƏR

80 337,22  

KAPİTAL

 

Xüsusi kapital, cəmi

54 249,51  

a) dövriyyədə olan adi səhmlər

315 815,00  

b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla)

 

c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq

 

d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi

-  261 565,49  

Ümumi ehtiyatlar, cəmi

720,37  

Cəmi kapital

 54 969,87  

CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL

 135 307,09  

 

Kapitalın strukturu, min manatla

IV rüb 2018

 

 

 

 

I dərəcəli kapital :

    54 249,51  

 

Adi səhmlər

       315 815,00  

 

Keçmiş illərin mənfəət/zərəri

-        11 087,33  

 

Cari ilin zərəri

-      250 478,16  

 

 I dərəcəli kapitaldan tutulmalar

           1 778,58  

 

Tutulmalardan sonra I dərəcəli kapital

         52 470,92  

 

II dərəcəli kapital :

 

 

Ümumi ehtiyatlar

             720,37  

 

Cari ilin mənfəət

                    -    

 

Kapitalın digər vəsaitələri

                    -    

 

 II dərəcəli kapitalın cəmi

             720,37  

 

 Məcmu kapital

    53 191,29  

 

 Risk dərəcəsi üzrə ölçülmuş aktivlər

   135 693,17  

 
   
   

 

IV rüb 2018

AR MB tərəfindən təyin olunmuş norma

 I dərəcəli kapitalın adekvatlıq əmsalı

38,58%

5%

Məcmu kapitalın adekvatlıq əmsalı

39,11%

10%

31.01.2019 18:41

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ