Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Amrahbank” yenidən böyüməyə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Amrahbank” yenidən böyüməyə başlayıb

2017-ci illə müqayisədə 2018-ci ildə “Amrahbank”ın cəmi aktivləri 25 milyon 560 min manat və ya 12,5% artaraq 230 milyon 330 min manata çatıb. “Amrahbank” 2017-ci ilin sonunda 204 milyon 770 min manat cəmi aktivlərə malik idi.

 

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, illik müqayisədə “Amrahbank”ın xalis kredit portfeli (müştərilərə verilən kreditlər) 16 milyon 677 min manat və ya 17,5% artaraq 111 milyon 862 min manata qalxıb.

 

İllik müqayisədə müştəri hesabları (o cümlədən müddətli və tələbli depozitlər) 139 milyon 405 min manatdan 185 milyon 930 min manata yüksəlib (33,3% artıb).

 

2017-ci illə müqayisədə 2018-ci ildə “Amrahbank”ın cəmi öhdəlikləri 44 milyon 223 min manat və 27,7% artaraq 203 milyon 928 min manata çatıb.

 

Qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Bankın aktivləri, kredit portfeli və öhdəlikləri azalmışdı.

 

Ötən il “Amrahbank”ın cəmi gəlirləri 16 milyon 889 min manat, cəmi xərcləri isə 29 milyon 442 min manat təşkil edib. Bank ötən ili 12 milyon 553 min manat zərər ilə başa vurub. 2017-ci ildə “Amrahbank”ın cəmi gəlirləri 23 milyon 122 min manat, cəmi xərcləri 31 milyon 723 min manat təşkil etmişdi. Bank həmin ili 8 milyon 601 min manat zərər ilə bağlamışdı.

 

“Amrahbank”ın aktivlərinin, o cümlədən müştərilərə verilən kreditlərin yenidən artmaqda davam etməsilə Bankın gəlirlərinin artacağı gözlənilir.

 

Ötən il “Amrahbank” xarici valyuta əməliyyatları üzrə 3 milyon 783 min manat xalis gəlir əldə edib.

 

2018-ci ilin sonunda “Amrahbank” 21 milyon 642 min manat məcmu kapitala malik olub.

01.02.2019 04:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ