Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Nəzərdə tutulan vəsaitin 100 milyon dollarını satmamışıq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nəzərdə tutulan vəsaitin 100 milyon dollarını satmamışıq”

2018-ci ildə valyuta bazarı tam şəkildə tarazlı olub.

 

“Marja” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

“2018-ci ildə valyuta bazarında tələb ödənildi. Ötən il hərraclar vasitəsilə Dövlət Neft Fondunun təxminən 6,5 milyard dollar satması nəzərdə tutulmuşdu. Bu vəsaitin təxminən 100 milyard dolları satılmadı və Fond tərəfindən dövlət büdcəsinə valyuta şəkilində köçürüldü. Bilirsiniz büdcənin dövlət borcunun qaytarılması kimi valyuta xərcləri də var”,- Mərkəzi bankın sədri bildirib.

 

Elman Rüstəmov əlavə edib ki, 2018-ci ilin Aprel və Avqust aylarında Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması ilə əlaqədar olaraq valyutaya tələb daha çox olub:  “Artan tələb əlavə təklif hesabına ödənilib. 2018-ci ilin yekunları isə üzrə tələb və təklif bərabər olub”.

 

Elman Rüstəmov bildirib ki, neftin qiymətinin aşağı düşməsinin cari ildə və orta müddətdə valyuta bazarına təsiri gözlənilmir:  "Neft qiymətlərindəki volatillik problemdir, amma bunun iqtisadiyyata təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Nəzərdə tutulmuş 6.8 milyard dollar trasfert valyuta hərracları vasitəsilə Azərbaycanın valyuta bazarına daxil olacaqdır. 

01.02.2019 08:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ