Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (177,4 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 118 milyon ABŞ dolları) ikinci olub. Xurma isə (114,5 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb. 

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin yanvar sayınd abildirilir. 

 

Ümumiyyətlə, 2018-ci ilin yanvar-dekabr ayları ərzində meyvə-tərəvəz ixracı 560 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 118,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 112,2 milyon, elektrik enerjisinin ixracı 65,6 milyon,  qara metallar və onlardan hazırlanan məmulatların ixracı 86,2 milyon, pambıq lifi ixracı 80,5 milyon, kimya sənayesi məhsullarının ixracı 78,1 milyon, pambıq ipliyi ixracı 24 milyon ABŞ dolları təşkil edib.  2017-ci illə müqayisədə 2018-ci ildə pambıq lifinin ixracı 2,4 dəfə, elektrik enerjisinin ixracı 29 faiz, pambıq ipliyinin ixracı 49 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 17 faiz, meyvə-tərəvəzin ixracı 11 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 4 faiz artıb.

 

2018-ci ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 157 milyon ABŞ dolları təşkil edib. Ötən ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına  Rusiya (63,8  milyon ABŞ dolları) başlıq edib. Daha sonra bu siyahıda Türkiyənin (23,6 milyon ABŞ dolları), İsveçrənin (12,2 milyon ABŞ dolları), Gürcüstanın (7,4  milyon ABŞ dolları), İranın (5,4 milyon ABŞ dolları) və digər ölkələrin adları var.

 

2018-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (25,4 milyon ABŞ dolları) birinciliyi ələ alıb. Pomidor (15,2 milyon ABŞ dolları)  ilə fındıq ləpəsi (13,4 milyon ABŞ dolları) isə ikinci və üçüncü yeri bölüşüblər.

01.02.2019 09:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ