Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Veysəloğlu” Şirkətlər Qrupunda çalışanların yarıdan çoxu gənclərdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Veysəloğlu” Şirkətlər Qrupunda çalışanların yarıdan çoxu gənclərdir

Bu gün “Veysəloğlu” şirkətlər qrupunda çalışan 17-34 yaş aralığında olan işçilər 77% təşkil edir.

 

Reklam_3_11

Şirkət əməkdaşlarının 61.5%-i isə 17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, şirkətlər qrupunda çalışan əməkdaşların yarıdan çoxu gənclərdir. Özünün 25 illik fəaliyyətində şirkət daim gənclərə dəstək olub və gənclərlə birlikdə inkişaf edib. Bu səbəbdən də gənclərimiz karyerasını bu şirkətdən başlamağa üstünlük verirlər. Belə ki, “Veysəloğlu” şirkətlər qrupu işçi heyyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir, bunun üçün ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir.

 

Şirkət respublikanın ali təhsil müəssisələrinə yüksək bal ilə qəbul olmuş işçilərnin və ya onların övladlarının təhsil haqqı ödənişlərinə, eyni zamanda əməkdaşlarının xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil almalarına da daim yardımçıdır. 

 

Xatırladaq ki, 2 fevral ümumrespublika Gənclər günüdür. Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14–29 yaşlarında hesab edilir.

01.02.2019 10:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ