Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan şirkəti ərəb ölkəsindən 50 TİR dondurma sifarişi alıb, ilk avtomobil yola salınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti ərəb ölkəsindən 50 TİR dondurma sifarişi alıb, ilk avtomobil yola salınır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AER” ticarət nişanı altında məhsulların istehsalı ilə məşğul olan Azərbaycanın “AER Company Group” şirkəti İraqa növbəti dondurma ixracını həyata keçirir.

 

Şirkətin rəhbəri Adil Şərifov “Marja”ya bildirdi ki, bu gün bir yük avtomobilində (TİR) təxminən 15 ton dondurma İraqa yola salınır.

 

İraqda mövsum açılıb, havaların qızması ilə əlaqədar olaraq dondurmaya tələb atıb.

 

Adil Şərifov qeyd etdi ki, ilkin olaraq İraqdan 50 TİR dondurma sifarişi alınıb: “2018-ci ildə “AER Company Group” şirkəti İraqa 17 TİR-da dəyəri 500 min dollar olan təxminən 350 ton dondurma ixrac edib. 2019-cu il üçün ilkin müqavilə 50 TİR-dır. Bu müqaviləyə əsasən təxminən 750 ton dondurmanın ixrac olunacağı gözlənilir”.

 

Şirkətin rəhbəri vurğuladı ki, “AER Company Group” şirkəti satışını xarici bazarlarda qurmağı hədəfləyir: “AER Company Group”  şirkəti məhsullarını yerli bazar əvəzinə, xarici bazarlara satmaqda daha maraqlıdır”.

 

Adil Şərifov əlavə etdi ki, 2019-cu ildə İraqa digər süd məhsullarının – pendir və ayranın da ixracı nəzərdə tutulur.

 

“AER Company Group” ötən illər Gürcüstana məhsullarını ixrac edib. 2019-cu ildə Qazaxıstana da ixracının başlayacağı gözlənilir.

02.02.2019 07:01

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ