Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Azerspace-2” peyki kommersiya fəaliyyətinə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azerspace-2” peyki kommersiya fəaliyyətinə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azerspace-2” peyki bu gündən etibarən kommersiya fəaliyyətinə başlayıb. 

 

Bu barədə "Azərkosmos" ASC-dən bildirilib. 

 

Məlumata görə, “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk əhatə zonasına daxil olan ölkələrdə dövlət və özəl sektora yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərəcək.

 

“Azerspace-2” kommersiya fəaliyyətinə başlamaqla “Azərkosmos”un yüksək rəqabətli peyk xidmətləri bazarındakı xidmət çeşidini artıracaq və mövqeyini daha da gücləndirəcək.

 

Hazırda peykin tutumlarının satışı ilə əlaqədar əhatə zonasına daxil olan ölkələrdə potensial müştərilərlə aktiv biznes danışıqları aparılır. “Azərkosmos” ASC ilə ABŞ, Pakistan və peykin əhatə zonasına daxil olan ölkələrin bir sıra şirkətləri arasında peykin xidmətlərindən istifadəyə dair ilkin razılaşma sazişləri imzalanıb.

 

İlk kommersiya fəaliyyətinə başladığı il olmasına baxmayaraq “Azerspace-2” peykinin 2019-cu il ərzində tutumlarınn istifadəsindən 16,5 milyon ABŞ dolları gəlir əldə ediləcəyi proqnozlaşdırılır.

 

“Azerspace-2” peyki “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Müasir elekrik mühərrikləri ilə təchiz olunmuş “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

 

Xatırladaq ki, “Azerspace-2” ötən il 26 sentyabr tarixində Kuru kosmodromundan orbitə buraxılıb.

01.02.2019 13:01

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ