Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

SOCAR “Gübretaş” ilə birgə müəssisə yaradır

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR “Gübretaş” ilə birgə müəssisə yaradır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“SOCAR Turkiye Enerji” şirkəti Türkiyədə karbamidin alqı-satqısı üzrə əməliyyatlar üçün “Gubretas”şirkəti (Gubre Fabrialari Turk A.S.) ilə birgə müəssisə yaratmağı planlaşdırır.

 

Bu barədə “Gübretaş”ın Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) yer alan məlumatında bildirilir.

 

Məlumata görə, “Gübretaş” karbamidin idxalı, yerli və xarici bazarlarda satışına dair “SOCAR Turkey” ilə niyyət məktubu imzalayıb.

 

Sənədə görə, “Gübretaş” SOCAR-ın neft-kimya müəssisələrindən və regiondakı digər istehsalçılardan karbamid idxal etmək, onun Türkiyə və xarici bazarlarda satışını həyata keçirmək üçün hər iki şirkətin də 50 faizlik paya sahib olacağı birgə müəssisə yaradılacaq.

 

“SOCAR Turkiye Enerji” və “Gubre Fabrialari Turk A.S.” yanvarın 31-də potensial tərəfdaşlıq və paritet əsaslarla (50% - 50%) birgə müəssisənin yaradılması imkanlarının müzakirəsinə başlamaq üçün niyyət məktubu imzalayıb.

 

"Niyyət məktubunun imzalanması şirkətlərə danışıqlar zamanı birgə müəssisənin qarşılıqlı hüquq və vəzifələrini müəyyən etməyə imkan verəcək", - deyə məlumatda qeyd olunur.

 

 

Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. SOCAR 2020-ci ilədək Türkiyəyə 19,5 milyard dollar investisiya yatıraraq bu ölkənin ən böyük xarici investoru olmağı hədəfləyir. Bundan başqa, STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmaq niyyətindədir.

 

SOCAR 2019-cu il yanvarın 16-da Karbamid zavodunu istifadəyə verilib. Layihəyə investisiya qoyuluşları 800 mln. avro təşkil edib. Zavod il ərzində 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal edilən məhsulun 70%-nin Türkiyə bazarına ixrac edilməsi planlaşdırılır. Zavod hazır məhsulun ixracından hər il 160 milyon dollara qədər gəlir əldə edəcək.

 

“Gubretas” 1952-ci ildə yaradılıb və Türkiyənin kənd təsərrüfatı sektoru üçün gübrə tədarükü üzrə ixtisaslaşıb. 

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

01.02.2019 13:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ