Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Daha 3 böyük “İrşad Electronics” mağazası açılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha 3 böyük “İrşad Electronics” mağazası açılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən ilin sonundan başlayaraq telefonlar ilə bərabər geniş çeşiddə elektronika məhsullarının və məişət avadanlıqlarının satışı ilə məğul olmağa başlayan “İrşad Electronics” mağazalarının sayı artırılır.

 

Şəbəkənin ötən ilin sonunda Bakıda “İnşaatçılar” metro stansiyası yaxınlığında və bu ilin Yanvarında isə Sumqayıtda böyük mağazası istifadəyə verilib. Bu mağazalarda təkcə telefonlar deyil, geniş elektronika məhsulları, məişət texnikaları və digər ev əşyaları alıcılara təklif olunur.

 

İrşad Electronics” şirkətinin Satışa nəzarət departamentinin rəhbəri Aris Şıxaliyev “Marja”ya bildirdi ki, “İrşad Electronics” strategiyasını dəyişib. Artıq “İrşad Electronics” əsasən telefonların satışı ilə deyil, geniş çeşiddə elektronika və məişət texnikası mallarının da satışı ilə məşğul olur.

 

Aris Şıxaliyev qeyd etdi ki, artıq geniş çeşiddə məhsulların satışına yeni “İnşaatçılar” və “Sumqayıt” filiallarında başlanılmışdır:

 

““İnşaatçılar” və “Sumqayıt” mağazalarının satışları gözlədiyimizdən də yüksəkdir. Satışlar gösərir ki, alıcılar bu konsepti çoxdan gözləyirlərmiş. İndiyədək müştərilərimiz bizdən telefonu, elektronika məhsullarını isə digər mağazalardan alırdılar. Müştərilərimiz bizə kifayət edir ki, satışlarımız yüksək olsun. Biz elektronika bazarında fəaliyyətimizi  daha da genişləndirəcəyik”.

 

Aris Şıxaliyev əlavə etdi ki, yeni konseptdə daha 3 “İrşad Electronics” mağazası istifadəyə veriləcəkdir:

 

“Hazırda obyektlərdə  təmir aparılır. Mağazalardan biri “Neftçilər” metro stansiyası  yaxınlığında, ikinci  böyük mağazamız Xırdalan şəhərində açılacaqdır. Bundan başqa “Əhmədli” mağazamızı böyüdürük. İl yeni başlayıb. Aprelin əvvəlinə qədər bu 3 mağaza istifadəyə veriləcəkdir. İlin qalan dövründə də yeni mağazaların açılması nəzərdə tutulur”.

04.02.2019 06:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ