Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İcarəyə verilən əmlakdan tutulan vergilər - Sual-cavab

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcarəyə verilən əmlakdan tutulan vergilər - Sual-cavab
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd hansı sənəd sayılır?

 

İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 

 

İcarə müqaviləsində nə  qeyd edilməlidir?

 

İcarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi.   İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. Qeyd olunanlara əsasən icarəyə verilən əmlakın ölçüsünə dair qanunvericilikdə hər hansı hədd nəzərdə tutulmamışdır və tərflərin razılığı əsasənda əlavə oluna bilər.

 

İcarəyə götürən şəxs digər üçüncü şəxsə əmlakı icarəyə verə bilərmi?

 

İcarə müqaviləsində icarə obyektinin ikinci əldən icarəyə (subicarəyə) verilə biləcəyi nəzərdə tutulmuşdursa, ikinci və üçüncü tərəflər arasında icarə müqaviləsi bağlanmalı və subicarəyə götürən tərəfindən icarə haqqı ödənilməlidir.

 

Üçüncü şəxs vergi uçotunda olduğu halda vergini necə ödəməlidir?

 

Üçüncü şəxs (subicarəyə götürən şəxs) vergi ödəyicisi kimi uçotda olduğu halda , ikinci şəxsə (subicarəyə verən şəxs) ödənilən icarə haqqından ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcəsi ilə gəlir vergisini tutmalı, tutulmuş vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və həmin müddətdə vergi orqanına “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim etməlidir.

 

İkinci şəxs vergi uçotunda olmadığı halda vergini necə ödəməlidir?

 

İkinci şəxs (subicarəyə verən şəxs) vergi ödəyicisi kimi uçotda olmadığı halda isə, əmlakını icarəyə verən (birinci şəxs) fiziki şəxs özü vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna durmalı və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisi bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

 

İcarə haqqından gəlir əldə edən fiziki şəxslərdən yuxarıda qeyd edilmiş qaydada ödəmə mənbəyində vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

 

Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda Vergi Məcəlləsinin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

 

Hüquqi şəxs balansında olan sahələri icarəyə verdiyi vergi ödəycilərindən icarə haqlarını və digər xidmət haqlarını nəğd ala bilərmi?

 

Dövlət orqanlarından, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdən, büdcə təşkilatlarından və publik hüquqi şəxslərdən əmlakların icarəyə götürülməsi halları istisna olmaqla, digər hallarda icarəyə götürən vergi ödəyicisinin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq icarəyəverən hüquqi şəxsə icarə haqlarını həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada ödəməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

 

Belə ki, Qanunun 3.4.3-cü maddəsinə əsasən dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar yalnız nağdsız qaydada ödənilməlidir. 

 

ƏDV ödəyicisi olan hüquqi şəxs qeyri-yaşayış sahəsini icarəyə verirsə,  elektron qaiməni və elektron vergi hesab fakturanı ayın hansı tarixində təqdim etməlidir? 

 

Hər ay üzrə göstərilən icarə xidmətlərinə görə xidmətlər başa çatdıqdan sonra 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası təqdim edilir.

 

Bunlarla yanaşı icarə xidmətlərinin göstərilməsinə görə elektron qaimə-faktura hər ayın sonuncu günü təqdim edilir.

 

Mənbə: Vergilər Nazirliyi

04.02.2019 06:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ