Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Maliyyə bazarlarında son vəziyyət - 04.02.2019

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə bazarlarında son vəziyyət - 04.02.2019

Beynəlxalq maliyyə bazarlarında dolların qiymətlərində son günlər müşahidə edilən ucuzlaşma fonunda korreksiyası diqqət mərkəzindədir.


 

Reklam_3_11

EUR

 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi yeni həftəyə ucuzlaşma ilə başlayıb. Təhlillərə əsasən, məzənnə 1.1433$-ı da aşağı istiqamətdə qırarsa, 1.1405 və 1.1375$-a kimi də ucuzlaşa bilər. Bunun əsas səbəbi Avropa iqtisadiyyatında risklərin artmasına dair açıqlamalardır.

 

Bu həftənin çərşənbə axşamı Bakı vaxtı ilə saat 19:00 və çərşənbə günü 17:30-da müvafiq olaraq yayımlanacaq, ABŞ-ın xidmət sektoru və xarici ticarət dövriyyəsi ilə bağlı önəmli fundamental məlumatların da məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.

 

GBP

 

GBP/USD məzənnəsi də təzyiq altındadır. Xüsusilə də Böyük Britaniya ilə Avropa Birliyi arasında Breksit danışıqları fonunda risklər, investorları ehtiyatlı davranmağa vada edir. Hal-hazırda dünya birjalarında 1.3100$-ın altında təklif edilən məzənnə, 1.3055$-ı da aşağı istiqamətdə qırarsa, 1.2943$-a kimi də ucuzlaşa bilər.

 

Bununla yanaşı, cümə axşamı saat 16:00-da dərc ediləcək İngiltərə Mərkəzi Bankının faiz qərarı da investorların diqqət mərkəzindədir.

 

TRY

 

Türkiyə maliyyə bazarlarında da dolların bahalaşması müşahidə edilməkdədir. Beləliklə, USD/TRY məzənnəsi 5.2408TL-ni də yuxarı istiqamətdə qıraraq üzərində möhkəmlənərsə, 5.2905 və 5.3622TL-yə kimi də bahalaşa bilər.

 

OIL

Avropanın Brent markalı neftinin qiyməti üzrə təhlillərə əsasən, bir barelin qiyməti 63.12$-ı da yuxarı istiqamətdə qırarsa, 64.46 və 66.38$-a kimi dəyər qazana bilər.

 

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

 

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində şahidi olduğumuz bahalaşma, özünü əlvan metallar bazarlarında da qızıl qiymətlərinin ucuzlaşmasında göstərir. Qızılın bir unsiya üzrə qiyməti 1315$-ın (42.3 $/qram) altında qaldıqca, 1309 (42.1 $/qram) və 1301$-a (41.8 $/qram) kimi də ucuzlaşa bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

04.02.2019 06:29

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ