Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Türkiyədə qiymətlər Azərbaycan soğanı ilə düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə qiymətlər Azərbaycan soğanı ilə düşür

Azərbaycandan soğan idxalının başlaması ilə Türkiyədə soğanın pərakəndə satış qiymətlərinin təxminən 5 - 6,5 lirədən (1,60 – 2.10 manatdan) 2-3 lirəyədək (65 qəpik - 1 manat) düşməsi gözlənilir.

 

Reklam_3_11

"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qiymətlər yavaş-yavaş düşür. Artıq Azərbaycanda idxalın başlaması ilə soğanın topdansatış qiyməti 5 lirədən 4,5 lirəyə geriləyib. 

 

Mövzu ilə bağlı açıqlama verən Türkiyə Halciler Federasiyasının Prezidenti Yüksel Tavşan, "İdxal addımı, anbarların boşalmasına, əldə olan soğanların sürətlə bazara çıxarılmasına səbəb olacaq. Anbarlar sürətli boşalsa, qiymət düşəcəkdir. Soğan idxalı qiymətlərə təsir göstərəcəkdir. Əlində soğan olan istehsalçı qorxur, onsuz da məhsul anbarda çürüyür".

 

Qeyd edək ki, xəstəlik ilə əlaqədar olaraq Türkiyədə soğan qıtlığı yaranıb.Qiymətlər gündən-günə artdığından istehsalçılar və topdansatıcılar soğanı anbarlarda saxlayırlar. İlk öncə Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə anbarlara basqın edilmiş, amma bu tədbir də qiymətlərin düşməsinə kömək etməmişdi. Çıxış yolu kimi Türkiyə Azərbaycandan soğan almağa başlayıb.

04.02.2019 07:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ