Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bir il əvvəl qurulub, 2019-da "Starbucks"ı keçəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir il əvvəl qurulub, 2019-da "Starbucks"ı keçəcək

Çində bir-birinin ardınca qəhvəxanalar açan Çinin "Luckin Coffee" şirkəti, 2019-cu il ərzində Çin bazarında ABŞ-ın "Starbucks" şirkətinin şəbəkəsini arxada qoymağı hədəfləyir. 

 

Reklam_3_11

"Marja" xəbər verir ko, "Luckin Coffee" "Wall Street" birjasında yer almaq üçün də hazırlıqlarına başlamdır. 
 

Birjada səhmlərin ilkin kütləvi satışı prosesinin 2019-un ikinci rübündə başlayacağı və şirkətin səhmlərinin satışından təqribən 300 milyon dollar gəlir əldə edəcəyi gözlənilir. Bu gəlir "Luckin Coffee"yə Çindəki şöbələrinin sayını daha da artırmağa imkan verəcəkdir. "Luckin Coffee"nin birjaya girişi prosesi "Credit Suisse" tərəfindən istiqamətləndirilir.
 

Yalnız bir il əvvəl qurulmuş olan "Luckin Coffee" cəlbedici qiymət siyasəti və ağıllı telefon tətbiqi   sayəsində sürətlə inkişaf edir. Şirkət 2018-ci il ərzində Çində 2000 şöbə açıb, bu il ərzində də 2500 şöbə açaraq ölkədə cəmi 4500 şöbəyə çatmağı hədəfləyir.
 

"Starbucks"ın Çində hazırda 3600  şöbəsi mövcuddur və bu bazarda təqribən 3 milyard avroluq dövriyyəsi var. Ancaq 2019-cu ilin sonunda "Luckin Coffe"nin filial sayının "Starbucks"ı keçəcəyi gözlənilir.

04.02.2019 07:54

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ