Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Balıq zavodu, Şabran və Balakəndəki mehmanxanalar hərracda!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Balıq zavodu, Şabran və Balakəndəki mehmanxanalar hərracda!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 5 mart tarixində keçiriləcək.

 

Komitədən "Marja"ya daxil olmuş məlumata görə, Martın ilk özəlləşdirilmə hərracına ümumilikdə 82 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 36-sı kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 7-si qeyri-yaşayış sahəsi, 4-ü yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.

 

Budəfəki hərracda özəlləşməyə çıxarılan kiçik dövlət obyektlərinə Şəmkirdə balıq zavodu, Şabran və Balakəndə mehmanxanalar, digər şəhər və rayonlarda mağaza, yeməkxana, şadlıq evləri və kinoteatr kimi müəssisələr aiddir. Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 7.5 kv.m ilə 9 min 297 kv.m arasındadır. Saatlıda yerləşən bu növ dövlət əmlaklarının isə ümumi faydalı sahəsi 420 kv.m-ə qədərdir. Təmir-tikinti sahəsinə aid olan bu müəssisələri investorlar torpaq sahəsi ilə birgə özəlləşdirə bilər. Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki "Dəvəçi" Mehmanxanası da sərmayəçi üçün maraqlı ola biləcək dövlət əmlaklarındandır. Turizm sektorunda gəlirli fəaliyyət potensialı olan obyektin ümumi faydalı sahəsi 582.5 kv.m, torpaq sahəsi isə 1583.5 kv.m-dir.

 

Biznes fəaliyyətinə yeni başlayanlar üçün maraqlı ola biləcək qeyri-yaşayış sahələrindən 2-si paytaxtda, digərləri Samux, Gəncə və Sabirabadda yerləşir. Hərraca çıxarılan bu növ dövlət əmlakları arasında ən yüksək- 266.7 kv.m ümumi faydalı sahəsi olan obyekt paytaxtın Nərimanov rayonu, F.Yusifov küçəsindədir. Ticarət, iaşə və xidmət fəaliyyəti üçün uyğun olan digər qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 22.2 kv.m ilə 176.7 kv.m arasındadır.

 

Dövlətə məxsus səhm paketlərinin özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri kəndkimya, nəqliyyat, inşaat, təmir və digər sahələrə aiddir. Hərraca 30%-45%-lik səhm paketləri çıxarılan əmlaklara “Ağcabədi Aqrotexservis”, “Sabirabad Mexanikləşdirmə”, “Yevlax taxılçı“, “Zabrat Tikinti Quraşdırma” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

 

Hərraca çıxarılan avtomobillər Volkswagen, Toyota, Chevrolet və Nissan markalarına aiddir. Bu nəqliyyat vasitələrinin buraxılış tarixləri 2006-2010-cu illərdir. Bu əmlaklar üzrə təyin olunmuş ilkin hərrac qiyməti 4 min manat ilə 8 min manat arasındadır.

 

Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) hər bir dövlət əmlakı haqqında ətraflı məlumat yerləşdirilir. Vətəndaş seçdiyi dövlət əmlakını elektron formada sifariş verməklə hərracda canlı və onlayn formada iştirak edə bilər.

 

04.02.2019 09:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ