Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakcell abunəçilərinə təqdim olunan eksklüziv endirim və imtiyazlar gündən günə artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakcell abunəçilərinə təqdim olunan eksklüziv endirim və imtiyazlar gündən günə artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və imtiyazlarla təmin etməyə davam edir.

 

Reklam_3_11

Artıq 5 ildən çoxdur ki Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi 270 yerli və beynəlxalq tərəfdaşın 400-dən artıq satış və xidmət nöqtəsindən ibarətdir və bu göstərici gündən günə artmaqdadır.

 

“Ulduzum” proqramının ən aktiv və populyar tərəfdaşları siyahısında yer alan “158 Taxi” xidməti və “Pierre Cardin” mağazalar şəbəkəsi ötən ilin oktyabr ayından başlayaraq istifadəçi sayının artımı üzrə yüksək templər nümayiş etdirirlər.

 

2018-ci ilin oktyabr ayından bəri “Ulduzum” proqramının tərəfdaşı olan “Pierre Cardin” mağazalar şəbəkəsinin təklif etdiyi kampaniyadan təkcə son 3 ay ərzində min nəfərdən çox Bakcell abunəçisi yararlanıb. “Ulduzum” istifadəçilərinə Pierre Cardin mağazalarında yeni kolleksiyaya 10%, 50%-dək endirimli məhsullara isə 5% endirim təqdim olunur.

 

"Pierre Cardin", "Karaca" və "Roman" brendləri olaraq “Ulduzum” ilə əməkdaşlıqdan çox razıyıq. Ulduzum proqramı həm texniki həm də marketinq baxımından Azərbaycanda ən inkişaf etmiş proqramlardan biridir. Həmçinin proqram vasitəsi ilə biz də öz müştərilərimizin loyallığını artıraraq, onlara maraqlı kampaniyalar təqdim etmiş oluruq. Əməkdaşlığımız zamanı müxtəlif kanallar vasitəsi ilə brendimiz təşviq olunur və daha çox kütləyə tanınır. Proqram çərçivəsində Ulduzumun dəstəyi ilə müştərilərimiz ilə əlaqəmiz daha da möhkəmlənir” deyə "Pierre Cardin", "Karaca" və "Roman" mağazalarının rəhbəri Onur Efe qeyd edib.

 

2018-ci ilin oktyabr ayından etibarən “Ulduzum” tərəfdaşı olan “158 Taxi” xidmətinin xüsusi təklifindən qısa müddət ərzində min nəfərdən çox Bakcell istifadəçisi yararlanıb. Xüsusi kampaniyanın şərtlərinə əsasən “Ulduzum” kodu vasitəsilə sifariş olunmuş hər 5 gedişdən sonra abunəçilərə 1 PULSUZ gediş təqdim edilir.

“Hər bir Ulduzum istifadəçisi 158 Taxi sifariş verərkən pulsuz gedişlər qazana bilər. Bunun üçün əsas şərt müştərinin Ulduzum istifadəçisi olmasıdır. Pulsuz gedişlər 158 TAXI müştəriləri üçün olduqca cəlbedici və effektivdir. Kampaniyanın, yalnız Ulduzum istifadəçilərinə şamil edilməsi isə rəqabət şəraitində müştərilər arasında səmərəli seçim şansı yaradır. Bakcell şirkəti ilə uğurlu əməkdaşlıq qurmaqdan böyük məmnuniyyət duyuruq. Düşünürük ki, bu əməkdaşlığın davamlı olması rəqabətli bazar mühitində atılan səmərəli addımlardan biridir” deyə “158 Taxi” xidmətinin Müştəri Marketinqi üzrə meneceri İbrahim Osmanov bildirib.

 

Bu günə kimi “Ulduzum” loyallıq proqramına 3 milyondan artıq  Bakcell abunəçisi qoşulub. Proqramın istifadəçiləri populyar restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri və digər sahələrdə fəaliyyət göstərən tərəfdaşlarımızın təklif etdiyi özəl kampaniyalar və endirimlərdən yararlanmaq imkanına malikdirlər.

 

Hər bir Bakcell müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Ulduzum barədə daha ətraflı məlumat www.ulduzum.az səhifəsində əldə oluna bilər.

04.02.2019 12:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ