Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycandan Türkiyəyə səfər edənlər artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Türkiyəyə səfər edənlər artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 37 455 nəfər səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 523 nəfər və ya 25,13% çoxdur.

 

Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

 

Bu müddətdə Türkiyəyə səfər edənlərin cəmi sayında azərbaycanlıların xüsusi çəkisi illik müqayisədə 0,99 faiz bəndi artaraq 3,55%-ə yüksəlib.

 

Qeyd edək ki, hesabat ayında Türkiyəyə səfər edən əcnəbilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9,81% azalaraq 1 055 474 nəfər təşkil edib. Əcnəbilərin 53,14%-i və ya 560 880 nəfəri İstanbul, 13,74%-i və ya 145 046 nəfəri Artvin, 11,20%-i və ya 118 260 nəfəri Ədirnə, 6,13%-i və ya 64 653 nəfəri Antalya, 3,09%-i və ya 32 666 nəfəri Ağrıya səfər edib.

 

© Report

01.03.2017 05:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ