Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Xurmanın 90 faizdən çoxu, narın isə 30 faizi ixrac olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xurmanın 90 faizdən çoxu, narın isə 30 faizi ixrac olunub

Göyçay rayonunda hazırda 6040 hektar meyvə bağı var. Bunun 3740 hektarı nar, 1470 hektarı xurma, qalanı isə heyva, alça, armud, gavalı və digər meyvə bağlarıdır.

 

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda meyvə bağlarına üzvi və mineral gübrələr verilərək ağacların dibi bellənir, budama işləri görülərək pestisidlərlə dərmanlama aparılır. Bu işlər Aqrar İnkişaf Mərkəzinin mütəxəssislərinin nəzarəti altında həyata keçirilir. Bağlara qulluq işləri hər yerdə, xüsusilə daha çox nar bağları olan Bığır, Alxasava, Qarabaqqal, Mirzəhüseynli, geniş xurma bağları olan Cəyirli, Potu, Çayarxı, Qızılağac və digər ərazi vahidlərində daha mütəşəkkil və keyfiyyətlə görülür.

 

Qeyd edək ki, bağçılıq təsərrüfatı Göyçay sakinlərinin əsas məşğuliyyət sahələrindəndir. 2018-ci ildə rayonda 35 min ton nar, 25,5 min ton xurma istehsal olunub. Son illər istehsal edilən məhsulların, xüsusilə nar və xurmanın xeyli hissəsi xarici bazarlara ixrac edilir. Keçən mövsümdəki xurmanın 90 faizdən çoxu, narın isə 30 faizi Rusiya, Ukrayna və digər ölkələrə göndərilib. Göyçay narına ölkəmizdə də tələbat az deyil.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac 

05.02.2019 05:15

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ