Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

METAK istiqraz ilə aldığı borcunu qaytarıb - 280 MİN AZN QAZANC

iç səhifə xəbər başlığı altı (mobil)_31
METAK istiqraz ilə aldığı borcunu qaytarıb - 280 MİN AZN QAZANC

Plastik boru istehsalçısı olan METAK 14%-lik istiqrazları üzrə sonuncu kupon ödənişini həyata keçirib və əsas məbləği qaytarıb.

 

"AzFinance" İnvestisiya Şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, METAK şirkəti tərəfindən 2018-ci il 29 yanvar tarixində 2 milyon AZN həcmində emissiya edilmiş bir illik istiqrazların tədavül müddəti bitib. Bu istiqrazların sahibləri bir ilə ümumilikdə 280 min AZN qazanıb.

 

"Beləliklə METAK öz öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirərək, istiqrazlarının yüksək gəlirli və eyni zamanda etibarlı qazanc mənbəyi olduğunu sübut etdi",- məlumatda deyilir.

 

METAK istiqrazları üzrə son bir il ərzində 4 dəfə faizlər ödənilib. 2018-ci il aprelin 29-da ödənişlərin ümumi həcmi 69,041 min AZN, iyulun 29-da 69,808 min AZN, oktyabrın 29-da 70,575 min AZN, 2019-cu il yanvarın 29-da isə 70,575 min AZN təşkil edib.                

 

İstiqraz bazarının digər sərfəli məhsulu "Embafinans" bank olmayan kredit təşkilatının kağızlarıdır. İldə 10,5% gəlir gətirən istiqrazların son ödəmə tarixi 3 dekabr 2019-cu ildir. Bu istiqrazların sahibləri hər ay faiz ödənişi əldə edirlər.

 

"Embafinans" istiqrazlarını AzFinance İnvestisiya Şirkətinə müraciət etməklə əldə etmək olar.  

05.02.2019 05:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ