Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bank uçot dərəcəsini endirir, bəs kredit faizləri nə üçün düşmür?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank uçot dərəcəsini endirir, bəs kredit faizləri nə üçün düşmür?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı son bir il ərzində uçot dərəcəsini 15%-dən 9,25%-ə endirsə də kredit faizlərinin 5,75 bənd düşməsi müşahidə edilmir.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov mövzuya münasibət bildirib.

 

Mərkəz Bankın sədri də qəbul edir ki, uçot dərəcəsinin dəyişdirilməsinin kredit faizlərinə təsiri o qədər güclü deyil:

 

Bunun başlıca səbəbi Azərbaycanda mütəşəkkil banklararası bazarın olmamasıdır.Banklararası bazarın olmaması qısamüddətli pulların dəyərini müəyyənləşdirməyə imkan vermir ki, biz onun vasitəsilə uzunmüddətli pulların dəyərinə, yəni kredit faizlərinə təsir göstərək. Bu istiqamətdə ciddi islahat proqramı hazırlanır. Biz inflyasiyanın hədəflənməsi rejiminə keçidlə əlaqədar olaraq yol xəritəsinin son variantı üzərində işləyirik. Ümid edirik ki, yol xəritəsi bu rüb ərzində Maliyyə Sabitliyi Şurasında müzakirə ediləcək və biz tətbiqinə başlayacağıq. Bu xəritənin tətbiqi banklararası bazarın aktivləşməsinə və bütövlükdə Mərkəzi Bankın uçot dərəcəsinin təsir gücünün, transmissiya effektinin güclənməsinə gətirib çıxardacaqdır”.

 

Elman Rüstəmov  qeyd edib ki, Azərbaycanda kredit faizlərinin yüksək olmasının bir neçə səbəbi var: “Mərkəzi Bankın banklara verdiyi kreditlər təxminən 400 milyon manatdır. Bu həcmdə kredit resursu bankların cəmi aktivlərində və kredit portfelində kiçik bir rəqəmdir, təsir imkanları yoxdur. Heç bir Mərkəzi Bank bu resurslar ilə təsir göstərmir. Mərkəzi Bankın əsas təsir gücü müəyyən etdiyi uçot dərəcəsilə  bankların bir-birlərinə verdiyi pulun qiymətinə təsir etməsidir. Bunun üçün bir sıra islahatlar aparılmalıdır. Bu mexanizmin işləməsi üçün bir sıra şərtlər lazımdır. Biz yaxın bir neçə il ərzində bu təsir gücünü yarada biləcəyik”.

 

UÇOT DƏRƏCƏSİ NƏDİR?

 

İqtisadi nəzəriyyəyə görə, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

 

Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

05.02.2019 06:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ