Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Azərenerji” Mingəçevir SES-ə əlavə avtotransformator qurlaşdırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərenerji” Mingəçevir SES-ə əlavə avtotransformator qurlaşdırıb

“Azərenerji” ASC enerjisistemin “Reablitasiya Proqramı” çərçivəsində “Mingəçevir” Elektrik Stansiyasında (ES) təmir-bərpa işləri həyata keçirir.

 

Reklam_3_11

“Azərenerji”dən verilən məlumata görə, stansiyada gərginliyi 220/110 kilovolt, (kV) gücü 200 meqavolt amper (MVA) olan avtotransormator, onun 220/110 kV-luq hücrələri, açarlarıı, ayrıcları qurlaşdırılıb. Kür çayının üstü ilə keçməklə 780 metr məsafədə yüksəkgərginlikli 110 kV-luq elektrik xətti çəkilib və avtotransformatora qoşulub.

 

Eyni zamanda, avtotransormator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib. Qeyd edək ki, 4 ildən artıq idi ki, 220/110 kV hissəsiyə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, qəza riskini artırır və onun üzərində əsaslı təmir-bərpa işləri aparmaq olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etmək mümkündür.

 

“Əlavə avtotransormatorun qoşulması ilə dayanıqlıq və etibarlılıq təmin olunmaqla yanaşı, tgərginlik də 2 kV artıb. Eyni zamanda əlavə avtotransformatorun qoşulması Mingəçevir və ətraf regionlarda elektrik enerjisinin keyfiyyətliliyinə də müsbət təsir göstərib”, - deyə məlumatda deyilir.

05.02.2019 09:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ