Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

BP-nin mənfəətində üçqat artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP-nin mənfəətində üçqat artım

Böyük Britaniyanın “British Petroleum” neft-qaz şirkətinin xalis mənfəəti 2018-ci ildə 12,7 milyard ABŞ dollar təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,8 dəfə çoxdur.

 

BP-nin press-relizinə görə şirkətin gəliri həmin müddət ərzində 24% artaraq 298.756 milyon dollara çatıb. Həmçinin xalis borcun həcmi ötən il ərzində 37,8 milyard dollardan 44,1 milyard dollaradək artıb.

 

2018-ci ildə BP-nin gündəlik hasilatı “Rosneft”in payı da daxil olmaqla neft ekvivalentində 3,683 milyon barel, yəni əvvəlki ilə nisbətən 2,4% artıq, “Rosneft”in payı hesablanmadan isə 2,539 milyon barel olub. Bunun 2010-cu ildən ən yüksək göstərici olduğu bildirilir.

 

Bununla yanaşı, 2018-ci ildə şirkət Meksika körfəzində əvvəlki neft dağılmaları ilə bağlı ödəmələrə 3,2 milyard dollar vəsait yönəldib.

 

BP 10 milyard dollardan artıq məbləğindəki aktivlərini yaxın iki il ərzində satıb qurtarmağı nəzərdə tutur.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

05.02.2019 13:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ