Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Özbəkistan Azərbaycanla əmtəə dövriyyəsinin potensialını 1 milyard dollar qiymətləndirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özbəkistan Azərbaycanla əmtəə dövriyyəsinin potensialını 1 milyard dollar qiymətləndirir

Özbəkistanın baş nazirinin müavini Eler Qəniyev hesab edir ki, perspektivdə Azərbaycanla əmtəə dövriyyəsi 1 mlrd. dollara çata bilər. Bu barədə Özbəkistan mətbuatı xəbər yayıb.

 

Reklam_3_11

"2018-ci ildə əmtəə dövriyyəsi artıb və bu, bizi sevindirir. Bununla belə, rəqəmlər çox kiçik olaraq qalır. Əminəm ki, ticarət münasibətlərimizin inkişafı üçün heç bir məhdudiyyət yoxdur. Bu, ən azı yarım milyard, gələcəkdə isə 1 milyard dollardır", - deyə E.Qəniyev Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşdə bildirib.

 

Öz növbəsində, S.Mustafayev qeyd edib ki, hər iki ölkə təəssüf ki, mövcud iqtisadi potensialdan faydalanmayıb.

 

"Təəssüf ki, biz mövcud olan potensialdan faydalanmamışıq. Ötən illər ərzində çox işlər görülüb. Hökumətlərimiz möhkəm hüquqi baza yaradıb. Son il ərzində əmtəə dövriyyəsi artsa da, əsas rəqəmlər çox azdır. Bu dövrdə artım təxminən 50% təşkil edib”, - deyə nazir bildirib.

 

E.Qəniyev son vaxtlar Özbəkistanda baş verən dəyişiklikləri diqqətə çatdırıb və vurğulayıb ki, iqtisadiyyatın liberallaşdırılması Özbəkistanda Azərbaycan biznesi üçün yaxşı imkanlar yaradır.

 

"Özbəkistan bu gün başqa bir ölkədir: açıq, şəffaf və əlçatan. Ona görə ümid edirik ki, bu yeni şəraitdə Azərbaycanla əməkdaşlıq Özbəkistanda Azərbaycan biznesinin inkişafı üçün çox yaxşı imkanlar yaradacaq”, - deyə o qeyd edib.

 

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 43 milyon 948 min dollar təşkil edib.

 

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdədir. Görüşlərdə əsas diqqət həm də nəqliyyat sahəsində əməkdaşlığa ayrılacaq.

 

Nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər, həmçinin bir sıra istehsalçı şirkətlərin rəhbərləri daxildir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

05.02.2019 15:34

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ