"Məhsullar rəflərdən dağılaraq yararsız hala düşüb, mağazalara külli miqdarda ziyan dəyib"

 Azərbaycanda baş verən güclü zəlzələ daha çox Şamaxıda fəsadlara səbəb olub.

 

Zəlzələ ocağı Basqal kəndindən 5 km şimal-qərbdə yerləşib. Zəlzələnin maqnitudası 5,1 bal olsa da, episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib.

 

Yeraltı təkanlar Şamaxıda rayon mərkəzində, Qəleybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində daha çox dağıntılara səbəb olub.

 

Məlumata görə, rayon mərkəzində bir neçə mağazaya külli miqdarda ziyan dəyib. Ərzaq məhsulları rəflərdən dağılaraq yararsız hala düşüb.

 

Hazırda dağıntılarla əlaqədar yaradılan fövqəladə komissiya uçqunların baş verdiyi evlərə baxış keçirir, onların sayı və dəyən ziyanın miqdarı ilə bağlı dəqiqləşdirmələr aparır.

 

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da dağıntılar olan ərazilərə baş çəkib, müvafiq tapşırıqlar verib.

 

Digər məlumata görə, zəlzələ zamanı 6 nəfər xəsarət alıb. Xəsarət alan 6 nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlarda əsasən qol və ayaqlardan sınıq diaqnozudur.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “Qafqazinfo”

6 Fevral 2019 , 08:20   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin