Səhiyyə Nazirliyi zəlzələ zamanı xəsarət alanlarla bağlı məlumat yayıb
Ötən gecə Şamaxıda baş verən zəlzələ ilə bağlı təcili yardıma 30 müraciət daxil olub.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, fevralın 5-dən 6-na keçən gecə Şamaxıda xəstəxana gücləndirilmiş rejimdə çalışıb: "Bölgədə 6 təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət olub, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmotologiya şöbəsində lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib".
Nazirlikdən bilidirilib ki, 1 nəfər cavan adamın həyacandan dili tutulub: "Həmin şəxs də yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. 58 yaşlı bir şəxsin həyacandan beyninə qan sızıb və reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 17 d. əvvəl
- 20 d. əvvəl
- 43 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 2 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl