Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Çexiya İsmayıllıda tibb mərkəzi yaradacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çexiya İsmayıllıda tibb mərkəzi yaradacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının İsmayıllı rayonu ilə Çex Respublikasının Cənubi Çexiya regionu arasında regionlararası əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə ötən il ərzində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərliyi ilə nümayəndə heyətinin Çexiyaya, habelə Cənubi Çexiya regionunun Qluboka na Vltave şəhərinin meri, senator Tomas Yirsanın rəhbərlik etdiyi nümayəndə heyətinin İsmayıllıya səfərləri baş tutub.

 

Reklam_3_11

Cənubi Çexiya regionu ilə İsmayıllı rayonu arasında imzalanmış əməkdaşlıq xartiyası çərçivəsində hazırda tərəflər arasında gündəmdə olan bir sıra aktual layihələr müzakirə olunur.

 

Qarşılıqlı maraq kəsb edən layihələrdən biri də Çexiya tərəfindən İsmayıllıda tibb mərkəzinin yaradılması təklifidir. Bu təşəbbüs İsmayıllıda tibb mərkəzinin, xüsusilə də kardiologiya və ürək cərrahiyyəsi üzrə mərkəzin yaradılmasını, tam funksional mərkəz qurularaq, tibb sahəsində çex və Azərbaycan mütəxəssislərinin qarşılıqlı təcrübə mübadiləsinin və ixtisas təlimlərinin keçirilməsini ehtiva edir. Artıq layihədə Çexiya tərəfindən çıxış edəcək tərəfdaşlar müəyyən olunub.

 

Hazırda layihə Azərbaycan tərəfindən baxılır və müzakirələrin aparılması məqsədilə Çexiya nümayəndə heyətinin aprel ayının sonunda Azərbaycana səfəri planlaşdırılıb. Layihənin gerçəkləşəcəyi təqdirdə İsmayıllı rayonunda Avropa standartlarına uyğun kardiologiya və ürək cərrahiyyəsi mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

06.02.2019 07:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ