Mobil manşet üstü reklam_21

Külli miqdarda aksiz markası olmayan siqaretin realizə edilməsinin qarşısı alınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Külli miqdarda aksiz markası olmayan siqaretin realizə edilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycana qeyri-qanuni yollarla, üzərində aksiz markası olmayan tütün məmulatlarının gətirilməsi, saxlanması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

 

Komitədən verilən məlumata əsasən, DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Astara şəhərində keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Əliyev İbrahim Əzim oğlu saxlanılıb və ondan şərti alıcıya satmaq istədiyi Azərbaycanın aksiz markası ilə markalanmayan 5 000 ədəd "Marlboro Gold", 2 200 ədəd "Marlboro Flavor Code", 9 600 ədəd "Kent İnfina", 7 800 ədəd "Kent White", 19 200 ədəd "Kent Silver", 6 000 ədəd "Cavallo", 1 600 ədəd "Senator" markalı, ümumilikdə 51 400 ədəd siqaret aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

06.02.2019 08:08

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ