Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Lady Sharm”la polis məşğul olmalıdır? - EKSPERTDƏN AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Lady Sharm”la polis məşğul olmalıdır?  - EKSPERTDƏN AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Lady Sharm” geyim mağazaları şəbəkəsinin ətrafında baş verən proseslər, şəbəkədə keçirilən əməliyyat, həyata keçirilən həbslər və açıqlanan məlumatlar Azərbaycanda sahibkarlıq mühiti ilə bağlı yeni suallar yaradıb. Ekspertlər bildirir ki, hüquq-mühafizə orqanlarının biznesin işinə müdaxiləsi bu sahədə görülən işlərə kölgə sala bilər. 

 

Reklam_3_11

Xatırladaq ki, “Lady Sharm” mağazalar şəbəkəsi ilə bağlı əməliyyat Daxili İşlər Nazirliyinin rəsmi açıqlamısana görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən “Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib. Araşdırma zamanı məlum olub ki, bu şəbəkədə satılan və Çində istehal edilən  aşağı keyfiyyətli paltarların üzərinə “Lady Sharm”ın gizli sexlərində bahalı markaların etiketləri vurulub.

 

Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində “Lady Sharm”ın “qara” mühasibatlıqlarn aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb. Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm” bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.

 

Əməliyyat zamanı şirkətin sahiblərindən biri, eləcə də baş mühasibi və məsul əməkdaşları  saxlanılaraq istintaqa təqdim ediliblər. Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 
 

Bəs vergi və antiinhisar orqanları?

 

İlk baxışdan hər şey qaydasındadır – qanunvericiliyin kobud pozuntu halları var. Saxta mallar satılır və müştərilər aldadılır, qara mühasibatlıq var və büdcədən yayınmalar və sair.

 

Bununla yanaşı, adı çəkilən əməliyyat və onun hələlik açıqlanan nəticələri Azərbaycanda biznesin fəaliyyətinə nəzarətlə bağlı ciddi qeyri-müəyyənliyin olduğunu aşkara çıxarıb. Problem ondadır ki, açıqlamada göstərilən hər iki əsas qanun pozuntusu – müştəriləri aldıdılması və vergidən yayınmaya nəzarət edən ayrıca qurumlar mövcuddur. Bunlar Vergilər Nazirliyi və prezident İlhamm Əliyevin fərmanı ilə ötən il yaradılmış Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətidir.

 

Birinci biznesin vergiyə cəlb edilməsi və bu sahədəki pozuntuların araşırılması, ikinci isə müştəri şikayətləri ilə məşğuldur. Amma maraqlıdır ki, məhz bu iki əməlin yer aldığı əməliyyatdan nə Vergilər Nazirliyinin, nə də Antiinhisar xidmətinin məlumatı olmayıb. Onlar da bu barədə yalnız mətbuatlda məlumatın yayılmasından sonra xəbər tutublar.

 

Polis iqtisadi yoxlama apara bilərmi?

 

Qeyd edək ki, hüquq mühafizə orqanlarının iqtisadi cinayətlərin araşdırılması və bu sahəyə müdaxilə etmək səlahiyyətləri ilə bağlı məsələ hələ də açıq qalıb. Bir tərəfədən vxtidə DİN-in tərkibində olan İqtisadi Cinaətkarlığa qarşı idarə hələ 2000-ci illərin əvvəlində ləğv edilib. Yeri gəlmişkən, həmin idarənin sonuncu rəisi sonradan Milli Təhlükəsizlik naziri təyin edilmi Eldar Mahmudov olmuşdu.  Bundan başqa, vergi və əlaqədar qurumlardan başqa, digər qurumların biznes sektoruna müdaxiləsinin yolverilməz olması dövlət başçısının çıxışlarında dəfələrlə vurğulanıb.

 

Biznesdə yoxlamalar qanunla qadağan edilib

 

2015-ci ildə isə dövlət başçısının təşəbbüsü ilə ölkədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun qəbul edildi. Həmin qanuna görə, müəyyən istisnaları nəzərə almaqla Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Bu dövrdə yalnız vergi yoxlamaları, gömrük auditi, dərman vasitələri və qida məhsullarının təhlükəsizliyi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

 

“Hüquq mühafizə orqanları istədikləri işi araşdıra bilirlər”

 

Adı çəkilən qanuna baxmayaraq biznesdə yoxlamalar davam edir. Hüqüqşünas Əkrəm Həsənov bildirir ki, Azərbaycanda hüquq mühafizə orqanlarının səlahiyyətləri o qədər geniş və qeyri-müəyyəndir ki, onarın hansı işləri araşdırması ilə bağlı dəqiq təsəvvür demək olar ki, yoxdur və onlar deək olar ki, istədikləri işi araşdıra bilirlər.

 

“Sağlam məntiqə görə, iqtisadi cinayətlərin araşdırılması və büdcəyə ödənişlərin təmin edilməsi ilə vergi orqanları məşğulolmalıdır. İstehlakçıların müdafiəsi ilə isə ufyeykf Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məşğul olmalıdır. Bəzi işləri isə Baş prokurorluq yanında Korrupsiüya ilə mübarizə baş idarəsi aparır”.

 

Hüqüqşünas bildirir ki, belə halları ölkədə sahibkarlıq və biznes mühitinə vurulan zərbə kim qiymətləndirək olar: “Hələ 2000-ci illərin əvvəlində mərhum prezident Heydər Əliyev sahibkarlıq subyektlərində hüquq mühafizə orqanları tərəfindən aparılan yoxlamaların qadağan edilməsini tapşırmışdı. Bir qədər əvvəl isə bununla bağlı ayrıca qanun da qəbul edilib, bu qanunda yoxlamalar məhdudlaşdırılıb”.

 

Ekspert bildirir ki, DİN-in “Lady Şharm”la bağlı açıqlamasında haqqında danışılan “büdcədən byöük vəsaitlərin yayındırılması” məsələsi ilə Vergilər Nazirliyi məşğul olur: “Bu məsələ Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid deyil. Vaxtilə sovet dövründə sovet mülkiyyətinin dağıdılmaması üçün polis xidməti vardı. Onlar “obexeses” adlanırdı, onlar da qanunsuz sexlərdə mübarizə aparırdılar. Bu yanaşma onu xatırladır, amma indi bunun üçün vergi xidməti var”.

 

Həmin mağazalar şəbəkəsində “qara mühasibatlığın” aparılması ilə bağlı məumata gəlincə, ekspert bunun da vergi xidmətinin işi olduğnu bildirir.

 

Əkrəm Həsənovyn sözlərinə görə, dövlət qurumlarının səlahiyyətləri ilə bağlı qeyri-müəyyənlik və sahibkarların işinə müdaxilə ölkədə biznes mühitin vəziyyəti ilə balı mənfi fikir yarada bilər: “Hazırda Azərbaycanda biznes mühitin və sahibkarlara yaradılan şəraitin yaxşılaşması üçün böyük şilər aparılır, amma bir belə addım bu işlərin üzərindən xətt çəkir”.

 

Ekspertin sözlərinə görə, bir neçə illər əvvəl oxşar hadisə bank müştərilərinin başına gəlib: “Həmin vaxt banklardan birinin müraciəti ilə DİN borcu olan vətəndaşların ölkədən çıxışına qadağa qoymuşdu. Mən onlara məktub yazaraq bildirdim ki, bu hal qanunsuzdur və bunun üçün əhkəmə var, borc məsələləri ilə məhkəmələr məşğul olmalıdır”.

 

Məsələ ilə bağlı Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi xidmətindən bildirilib ki, haqqında danışılan “Lady Şharm” mağazaları ilə bağlı xidmətə bir neçə müraciət edilsə də, onlar həllini tapıb: “Hətta bəzi müştərilər zəng edərək təşəkkür də ediblər”.

 

Vergilər Nazirliyi isə “Lady Şharm” şirkətinin büdcəyə borcu olub-olmaması ilə bağlı məsələni araşdırıb cavab verəcəyini bildirib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© FED

06.02.2019 10:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ