Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Maliyyə bazarlarında yoxlamalarla bağlı mühüm dəyişiklik

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə bazarlarında yoxlamalarla bağlı mühüm dəyişiklik

Azərbaycanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur. 

 

Reklam_3_11

Dəyişiklik maliyyə bazarlarında yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur. 

 

Xatırladaq ki, sözügedən qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2020-ci ilin sonuna qədər dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə  verilir. Təklif edilən dəyişikliyə əsasən bu siyahıya maliyyə bazarlarında aparılan yoxlamalar da əlavə edilib.

 

Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna da dəyişiklik edilməsi təklif olunur ki, bu qanun maliyyə bazarlarında yoxlamalara şamil edilməsin.

 

Maliyyə bazarlarının dövlət həyatında tutduğu yer və rol tələb edir ki, bu sahədəki fəaliyyətin tənzimlənməsinə və nəzarətə daha ciddi və fərdi yanaşmalar tətbiq edilsin, eləcə də bu sahədə aparılan yoxlamaların özünəməxsusluğu nəzərə alınsın. Qeyd olunanları əsas tutaraq, maliyyə bazarları sahəsində yoxlamaların ayrıca qanunla tənzimlənməsi nəzərdə tutulur. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

06.02.2019 10:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ